Daha iki qaziyə dəstək işlərinə başlanıb
08:54 17.01.2021
Aktual
383
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları İkinci Qarabağ müharibəsinin daha iki qazisi - Rüstəmov Sübhan Yusif oğlu (Oğuz) və Tarverdiyev Məlik Malik oğlu (Xaçmaz) ilə bağlı sosial dəstək işlərinə başlayıblar.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Sherg.az-a bildiriblər ki, S.Rüstəmovun ailəsi ilə görüşən Nazirlik əməkdaşları qazinin istəyinə və əmək bacarığına uyğun olaraq onun üçün özünüməşğulluq proqramı çərçivəsində təsərrüfat yaradılmasını qərara alıblar.
M.Tarverdiyevin ailəsi ilə görüş zamanı qazi özünüməşğulluq proqramına cəlb olunmaq istədiyini bildirib. İstəyinə uyğun olaraq onun üçün iaşə xidmət sahəsi yaradılması ilə bağlı müvafiq sənədləşdirmə işləri aparılıb.
Hər iki ailəyə ünvanlı sosial yardım almaq üçün müraciət proseduru, müvafiq qanunvericilik barədə də məlumat verilib, sosial vəziyyətlərinin diqqətdə saxlanacağı bildirilib. S.Rüstəmovun və M.Tarverdiyevin əlilliyinin qiymətləndirilməsinin aparılacağı və əlillik təyin olunduğu halda onlara hər ay sosial ödənişlər veriləcəyi də qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya