
Deputat: COP29-un Azərbaycanda keçirilməsi qarşıya qoyulan məqsədlər üçün böyük töhfələr verəcək
11:34 15.04.2024
Aktual
512
“COP29 çox geniş bir platformadır. Bu tədbirin Bakıda keçirilməsi birinci növbədə Azərbaycanın siyasi və iqtisadi nüfuzunun göstəricisidir. Azərbaycan daim iqlim dəyişikliyinə, ekoloji problemlərə çox böyük əhəmiyyət verib. Eyni zamanda COP29-da müzakirə olunacaq məsələlər də iqlim dəyişikliyinə, ekoloji problemlərin aradan qaldırılmasına yönəldilmiş qlobal addımlardır”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Aydın Hüseynov COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizə olan faydalarından danışarkən deyib.
Millət vəkili söyləyib ki, Azərbaycan yaxın illərdə böyük yaşıl və alternativ enerji ixrac edən ölkələr sırasına daxil olacaq:

“Bununla əlaqədar mühüm layihələr mövcuddur. Azərbaycan zaman-zaman yaşıl enerjiyə keçidlə və ətraf mühitin qorunması ilə bağlı dövlət səviyyəsində tədbirlər həyata keçirib. Bu gün Azərbaycan həm külək, həm də elektrik və günəş enerjisinin alınması ilə bağlı konkret addımlar atıb. Həmçinin Birləşmiş Ərəb Əmirliyinin iştirakı ilə Qaradağ rayonunda 230 meqavat gücünə malik olan günəş enerjisi istehsal edəcək bir sahə yaradılıb. Eyni zamanda, bizim bölgələrimizdə, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda külək və günəş enerjisi ilə bağlı layihələrimiz reallaşacaq. Bütövlükdə COP29 tədbirinin Azərbaycanda keçirilməsi qarşıya qoyulan məqsədlər üçün böyük töhfələr verəcək. Eyni zamanda bu sahədə Azərbaycanın müəyyən töhfələri olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil
Ermənistanda müxalifətə qarşı əməliyyat: 14 nəfər saxlanıldı
11:35 21.10.2026
Dünya
Yaşıl ulduz kəşf edildi
11:25 21.10.2026
Maraqlı
Ordubadın dağlıq ərazilərinə qar yağdı
11:22 21.10.2026
Ekologiya