Deputat həbs olunan aktyoru müdafiə edir:“Lap bir şillə vurub, sonra?!”
Deputat həbs olunan aktyoru müdafiə edir:“Lap bir şillə vurub, sonra?!”
Yusif Nəzərli
12:36 19.05.2023
Aktual
886
“Hadisə olub, söyüşüb, ya da dalaşıb. Onun üstə adama 2 il iş verərlər?!”
“Milli Məclislin yüngülləşdirici hallarla bağlı qanunu var. Onu tətbiq etməli idilər”
Millət vəkili Aqil Abbas həbs olunan aktyor Rza Rzayevi sosial şəbəkələrdə müdafiə edənlərə irad bildirənləri qınayıb.
Bu barədə deputat “Sherg.az”a danışıb. O bildirib ki, Rzanı bəzi trol dəstələrı tənqid edir:
“Onu tənqid edənlər ya onu tanımırlar, ya da tanıyıb qəsdən irad bildirirlər. Trol dəstələri var. Onun haqqında yaxşı danışanlar isə jurnalistlər, ziyalılar, tanınmış adamlardır ki, trolluq etmirlər. Öz imzaları ilə yazırlar. Amma dəstələr mövcuddur ki, deyir, nə olsun filankəsdir.
Nə olsun nədir? O, xaricdə kinorejissorluq üzrə təhsil alıb. Ssenaristdir. Bu adam evini satıb, “Geyinilməmiş ayaqqabılar” - Qarabağa, müharibəyə həsr olunmuş ən gözəl filmi çəkib.
Belə saf ürəkli, millətçi, dövlətçi oğlandır. Boy-buxununa fikir verməyin, ürəyi uşaq ürəyi kimi təmizdir.
Hadisə olub, söyüşüb, ya da dalaşıb. Onun üstə adama 2 il iş verərlər?! Özü də hadisədən beş il keçəndən sonra. Vaxtında həbs edilsə, indi türmədən çıxmışdı.
Beş ildə dünya dəyişib. Məsələn, Amerikanın prezidenti, Almaniya konsleri dəyişib, Azərbaycan qələbə qazanıb, Şuşaya bayraq sancıb.
Əsəbiləşdiriblər, affekt vəziyyətinə düşüb, lap bir şillə vurub, sonra? Buna görə 2 il iş düşmür. Milli Məclislin yüngülləşdirici hallarla bağlı qanunu var. Onu tətbiq etməli idilər”.
Xatırladaq ki, Rza Rzayev millət vəkili Aqil Abbasın romanı və ssenarisi əsasında çəkilmiş “Dolu” filmində rol aldığı “Drakon” obrazı ilə məşhurlaşıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual