Deputatdan tərs köşə:“Yaxşı ki, Rusiya Axundzadəyə dəyər verdi”

"Bu gün Mirzə Fətəli Axundzadənin dünyasını dəyişdiyi gündür. Yaxşı ki, adam Tiflisdə yaşadı, yaxşı ki, Rusiya dövləti ona dəyər verdi, cahillərdən qorudu, doğma dilimizdə əsərlər yazmasına imkan tanıdı". 
"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa deyib. 
Deputat bildirib ki, Mirzə Fətəli Axundzadə ədəbi dilimizin banisi, fəlsəfi düşüncəmizin memarı idi: 
"O, bizim xalqın şəxsiyyət vəsiqəsini 19-cu yüzildə təkbaşına daşıyan nəhəng idi. Babalarımız onu dəfn etməkdən imtina etdilər, dörd rus əsgəri meyitini evdən çıxarıb Tiflisdə məzara qoydu. Ruhu şad olsun. Onun məzarından düşən işıq bu gün Azərbaycanda xeyli öləziyib. Azərbaycan cəmiyyəti cəhalətə, xurafata təslim olmaq üzrədir. Mirzə Fətəli missiyasının yenidən dirilişinə ehtiyac var".