
Deputat:“Hər zaman döyüşə hazır olmalıyıq”
Yusif Nəzərli
14:29 04.11.2022
Aktual
649
"Bütün məsələlər bir neçə gündən sonra Milli Məclisdə büdcənin müzakirəsi vaxtı elan olunacaq".
Bu sözləri "Sherg.az"a millət vəkili Elman Məmmədov Azərbaycanda hərbi xərclər artırılmasına münasibət bildirərkən deyib.
O bildirib ki, Azərbaycanın bugünkü durumu, ətrafımızda mövcud olan gərginliklər, xoş olmayan münasibətlərin səbəbkarları məlumdur:

"İlk növbədə, təbii ki, Ermənistan və bizə düşmənçilikdə ondan geri qalmayan, rəsmi İrəvanın dostu, qardaşı molla rejimi ağıla gəlir. Biz dövlətimiz, təhlükəsizliyimiz və xalqımızı qorumaq, ərazi bütövlüyümüzün əbədi olması üçün həmişə müdafiəmizi yüksək səviyyədə saxlamalıyıq. Hər zaman döyüşə hazır olmalıyıq. Azərbaycan Ordusu güclüdür. Amma Silahlı Qüvvələrimiz qüdrətli olduğunu bilib, arxayınlaşmırırıq. Hər gün ordumuzun bütün sahələr üzrə hazırlığını, müdafiə qüdrətini daha da artırırıq.
Bunun üçün də bir neçə vacib, lazımlı şərtlərdən biri ordunun maliyyə dəstəyinin gücləndirilməsi, hərbi xərclərin qaydasında olmasıdır. Növbəti il üçün də müdafiə xərclərimizi kifayət qədər nəzərdə tutmuşuq. Bu, çox önəmlidir. Azərbaycan ordusu mövcud olan ən müasir silahlarla təchiz olunub. Ordunun fiziki, döyüş, hazırlığı, hərbçilərin təminatı kimi məsələlər hamısı dövlət başçımızın nəzarətindədir".
Qeyd edək ki, gələn il Azərbaycanda hərbi xərclər artırılacaq.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Fəzail Ağamalı deyib. O vurğulayıb ki, 2023-cü il ölkəmizdə hərbi xərclər bu illə müqayisədə, təxminən, 600 milyon manat artırılacaq. Amma bu, kifayət deyil. Hərbi xərclər az artırılır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mayk Tayson “Tuzlu Kahvede"
07:17 27.10.2026
Şou
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual