"Deyirdilər, yay aylarına doğru vəziyyət düzələcək, ancaq biz əksini görürük" - Həkim
Banuçiçək Kalbalıyeva
10:13 30.05.2020
Aktual
817
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən qəbul etdiyi qərara əsasən, sanitar-epidemioloji vəziyyət və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadılır.
Son günlər ölkəmizdə koronavirusa yoluxma artan temp üzrə davam edir. Karantin rejiminin vaxtının uzadılması vəziyyəti düzəldə biləcəkmi?
Bu barədə Sherg.az-a fikirlərini bildirən həkim- allerqoloq Şahvələd Məmmədovun sözlərinə görə, məsələ karantin rejiminin uzadılmasında deyil:
"Guya karantin qaydalarına əməl edən var ki? Hərə istədiyi kimi gəzir, dolaşır. Avtobuslarda, küçədə tibbi maska taxan, sosial məsafəni gözləyən yoxdur. Düzdür, metroda hamı tibbi maskadan istifadə edir. Çünki məcburiyyət var. Ümumiyyətlə, hər yerdə məcburiyyət olmalı, tibbi maska taxmayanlar cəzalanmalıdırlar. Gürcüstanda bu məsələylə çox ciddi yanaşılır. Orda artıq ictimai nəzarət formalaşıb. Ona görə yoluxma çox azdır".
Həkim, həmçinin bildirdi ki, yoluxma hallarının çoxalması əsassiz deyil:
"Bəli, deyirdilər, yay aylarına doğru vəziyyət düzələcək. Ancaq biz əksini görürük. Çünki müayinələrin sayı artır, daha çox adam test edilir. Nəticədə statistikada da artım olur. İkinci səbəb isə insanların məsuliyyətsizliyidir. Hələ ki, Azərbaycanda pandemiya idarə olunur. Amma baş infeksionist Cəlal İsayevin də dediyi kimi, bu, idarəolunmaz pandemiya ilə əvəzlənsə, Avropa ölkələrindən geri qalmayacağıq. Ona görə də vətəndaşlar diqqətli olmalıdırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə