Dördtərəfli görüş! - “Ermənistan üzərinə öhdəliyi götürüb”
Yusif Nəzərli
12:59 07.02.2022
Aktual
884
Fevralın 4-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan və Fransa liderləri, Ermənistan baş naziri ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında videoformatda görüş keçirilib. Görüşdə E.Makron Fransanın Avropa İttifaqına sədrliyi qismində çıxış edib. Toplantı zamanı əvvəlcə Şarl Mişelin təşəbbüsü ilə 2021-ci il dekabrın 14-də Brüsseldə Azərbaycan və Ermənistan tərəfin iştirakı ilə keçirilmiş görüşün əhəmiyyəti vurğulanıb.
Sonra Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr edilib. Bu xüsusda iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüşü “Sherg.az”a şərh edən millət vəkili Tural Gəncəliyev bildirib ki, Azərbaycan tərəfinin belə bir toplantıda iştirakı rəsmi Bakının daim kostruktiv danışıqlara hazır olduğunu göstərir:
“Rəsmi Bakı öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. O postmünaqişə proseslərində və ədalətli sülhə aparan yolda öz sağlam mövqeyini daim ortaya qoyur. Ermənistan tərəfindən də eyni münasibəti gözləyir. Azərbaycan istər 44 günlük İkinci Qarabağ savaşı, istərsə də ondan sonrakı dövrdə münaqişənin həllində istənilən tərəfin vasitəçilik missiyasını, təkliflərini hər zaman nəzərdən keçirib”.
Deputat baş tutmuş görüşdə rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliyə diqqət çəkib:
“Ermənistan üzərinə birinci Qarabağ müharibəsində qətlə yetirilmiş, hələ də barələrində hər hansısa bir məlumat olmayan Azərbaycan vətəndaşları və onların kütləvi məzarlıq yerləri haqqında məlumat vermək öhdəliyi götürüb.
Rəsmi Bakı isə görüşdən bir neçə gün sonra kostruktivlik mövqe göstərərək artıq səkkiz erməni hərbçisini geri qaytarıb”.
T.Gəncəliyev hesab edir ki, belə məqamlarda daha çox ölkə başçımızın iradəsi vurğulanmalıdır:
“Çünki Azərbaycan tərəfinin konstruktiv mövqeyi olmasa, bu görüşlərin də xüsusi bir əhəmiyyəti olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq