Dövlət Komitəsi: "Uşaqlarla bağlı komissiyalar birləşdirilməli, qadağalar qoyulmalıdır"
Yusif Nəzərli
11:34 17.01.2022
Aktual
639
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında əsasnaməyə əlavə və dəyişikliklər edilməsi ilə bağlı layihə hazırlayıb.
Bu barədə "Report"a açqılamasında Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva bildirib.
O qeyd edib ki, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac var: “Komissiya haqqında əsasnamə mövcuddur. Dövlət Komitəsi sözügedən əsasnəməyə əlavə və dəyişikliklər edilməsi üçün layihə işləyib hazırlayıb. Dəyişikliklərdə komissiyanın ştat cədvəlinə soisal işçi ştatının əlavə edilməsi nəzərdə tutulub. Belə ki, müvafiq sahədə fəaliyyətin daha səmərəli təşkilinə dəstək olmaq məqsədilə sosial işçilərə ehtiyac duyulur.
Digər dəyişiklik təklifi Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya ilə Qəyyumluq və Himayəçilik Komissiyasının vahid tərkibdə birləşdirilərək fəaliyyətini Uşaq məsələləri üzrə komissiya kimi davam etdirməsi ilə bağlıdır. Nəzərdə tutulan dəyişikliklərə əsasən vahid qurum olaraq fəaliyyət göstərəcək komissiya qəyyumluq və himayə məsələləri ilə yanaşı, əsasnamədə əksini tapan digər səlahiyyətləri yerinə yetirəcək".
Müdir müavini vurğulayıb ki, layihədə öz əksini tapmış digər təklif komissiyaların ildə iki dəfə və ya hər ilin sonu öz fəaliyyətləri ilə bağlı Dövlət Komitəsinə hesabatlar təqdim etməsini nəzərdə tutur: "Belə ki, təqdim olunan hesabatlar əsasında Dövlət Komitəsində təhlillər aparılması və komissiyaların fəaliyyətinə dair ölkə hesabatının Nazirlər Kabinetinə təqdim olunması planlaşdırılır. Həmçinin layihədə, intizam tədbiri olaraq uşaqları tərbiyəsinə, səhhətinə mənfi təsir göstərə biləcək hallardan müdafiə etmək məqsədilə onların bəzi yerlərə getmələrinə, yaxud müəyyən şəxslərlə ünsiyyətdə olmalarına bəzi qadağaların tətbiqi təkli edilir. Ümumilikdə layihə tamamlanmaq üzrədir. Razılaşdırıldıqdan sonra təsdiqi ilə bağlı müvafiq dövlət orqanına təqdim olunacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
16:46 30.10.2026
Siyasət
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm