
DTX düz edir! – Azərbaycandakı İran “ocaqları” tapılmalı və casuslar...”
DTX düz edir! – Azərbaycandakı İran “ocaqları” tapılmalı və casuslar...”
Yusif Nəzərli
11:46 02.11.2022
Aktual
673
“Düşünürəm ki, bu çox müsbət addımdır və daha da gücləndirilməlidir”
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilir. Nəticədə İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması üzə çıxır. Bundan başqa həmin şəxslərin maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması halları aşkarlanır.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olunub. Qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər əldə olunur. Qanunsuz yollarla Azərbaycana keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal, dini-ekstremist münasibəti təbliğ edən, yayılması Azərbaycanda qadağan edilmiş müxtəlif kitablar, videomateriallar aşkar edilərək götürülüb. Cinayət işi üzrə əvvəllər məhkum edilmiş Hüseynov İskəndər Hani oğlu, Haqverdiyev Tural Səfər oğlu, Şükürov Eltun Əli oğlu və digərləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək saxlanılıblar. Eyni zamanda hazırda İranda məskunlaşmış Ruhulla Axundzadə və digərləri tərəfindən qruplaşma üzvlərinə müxtəlif tapşırıqların verilməsi barədə materiallar da aşkar edilib. Qruplaşma üzvlərini hərbi təlimlərə cəlb edənlərdən biri olan Əsədov Orxan Fərman oğlu üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunubdur.
Araşdırmalar zamanı həmçinin qeyd olunan hərbi təlimlərə cəlb edilmiş Məmmədov Fəqan Sədrəddin oğlunun daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib. Məlum olub ki, qeyd olunan xüsusi xidmət orqanlarının nümayəndələri Ermənistan silahlı birləşmələrinin işğalçı əməllərinə bəraət qazandırmaları ilə əlaqədar aralarında fikir ayrılığı yaranan Azərbaycan Respublikası vətəndaşlarını sonra da təsir dairəsində saxlamaq üçün onları cəlb edildikləri hərbi təlimlərə dair videokadrlarla və digər üsullarla şantaj ediblər.Hazırda kompleks əməliyyat-istintaq tədbirləri davam edir.

İranın Azərbaycana qarşı olan pozuculuq təhdidlərinin həm xaricdən, həm də daxildən gücləndiyini deyən siyasi şərhçi Turab Rzayev “Sherg.az”a bildirib ki, bu istiqamətdə işlərin görülməsi vacibdir:
“İran açıq şəkildə Azərbaycanla sərhəddə təlimlər keçirir və Arazı keçməyi məşq edir. Bununla da onlar Azərbaycana təhdid mesajı verir. Digər tərəfdən İran XİN-i Ermənistana səfər edərək Qafanda baş konsulluq açır. Daha sonra İrandakı hakimiyyətə yaxın media və siyasi fiqurlar Azərbaycana hücum edərək Naxçıvanı işğal etmək barəsində təkliflər verir.
Güney Azərbaycanda isə soydaşlarımızın hüquları pozularaq həbs edilir. İranın apardığı xarici təhdidlərdən əlavə, Azərbaycanın daxilində də müəyyən iğtişaşlar törədilməyə cəhd olunur. Yəni son lent yazılarında bəlli oldu ki, Azərbaycanın daxilindəki fərqli məkanlarda üsyanlar və qarışıqlıqlar yaratmağa çalışılacaq. Bunların qarşısını almaq üçünsə İran “ocaqları” tapılmalı və oradakı casuslar zərərsizləşdirilməlidir. Bu daimi prosesdir.
Əgər İranın pozuculuq siyasəti davam edəcəksə, Azərbaycanın təhlükəsizlik orqanları da cəsusları tək-tək taparaq zərərsizləşdirəcək. Düşünürəm ki, bu çox müsbət addımdır və daha da gücləndirilməlidir. Çünki qarşıda İrana qarşı daha ciddi sanksiyalar və İsraildə keçmiş baş nazir Netanyahunun yenidən hakimiyyəti gəlməsi ilə bağlı siqnallar var.
Netanyahu hakimiyyətə gəldikdən sonra isə həm İsrailin, həm də onun müttəfiqlərinin Tehrana qarşı təzyiqləri artacaq. İran isə bu təzyiqə, Azərbaycanda təxribat törətməklə cavab berə bilər. Ona görə də təhlükəsizliyin gücləndirilməsinə və daxildəki agentlərin təmizlənməsinə xüsusi ehtiyac var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT Rusiya-Ukrayna danışıqları ilə bağlı səyləri dəstəkləyib
01:44 07.09.2026
Gündəm
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
01:21 07.09.2026
Region
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə