Dünya erməniçiliyi artıq gücsüzləşib
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
Beynəlxalq təşkilatlar nəhayət Ədalət, Tərəfsizlik, Neytrallıq kimi təməl prinsiplərə qayıdaraq beynəlxalq hüquq normaları ilə işləməyə başlayıblar
Nikol öz xalqının necə fəlakətli bir yolda olduğunu dərk etdiyinə görə soydaşlarını "tarixi Ermənistan" miflərindən əl çəkməyə, "real Ermənistan"a istiqamətlənməyə çağırır
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, habelə terrorçuluq, digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir. Ötən gün keçirilən məhkəmə prosesində Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli tərəfindən Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin yandırılmasını, aramsız atəşə tutulmasını əks etdirən videomaterial nümayiş olunub. Nümayiş etdirilən növbəti videomateriallar Şuşa rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı barədə olub. Dəlillərdən biri Şuşanın işğalı əməliyyatına rəhbərlik etmiş “Komandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyanın işğal prosesi və orada iştirak etmiş şəxslər barədə çıxışlarının əks olunduğu videomateriallardan hissələr olub. Videomaterialda, həmçinin Şuşanın işğalına hərtərəfli hazırlıqdan bəhs edilib. Vurğulanıb ki, Şuşanın işğalına dair plana Vazgen Sarkisyan razılıq verib. Döyüş əmri isə Seyran Ohanyan tərəfindən hazırlanıb. Kadrlarda bildirilib ki, Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi planı çox məxfi şəraitdə Vazgen Sarkisyan, Arkadi Ter-Tadovasyan, Felek Kızoryan, eləcə də digər komandirlərin iştirakı ilə hazırlanıb. Vurğulanıb ki, əslində, əməliyyat aprelin 24-də keçirilməli imiş. Lakin silah təminatı və digər səbəblərdən bu, təxirə salınıb. Dövlət ittihamını müdafiə edən prokurorlar deyiblər ki, tədqiq olunan bu və digər faktlar Şuşanın işğalına Ermənistan siyasi-hərbi rəhbərliyinin göstəriş verdiyini sübuta yetirir. Məhkəmədə nümayiş olunan digər videomateriallarda dörd istiqamət üzrə Şuşanın işğalına rəhbərlik edən şəxslərin - Samvel Babayan, Seyran Ohanyan, Valeri Çiçyan, Arkadi Karapetyanın adları çəkilir. Ermənilərin hazırladıqları videomaterialda vurğulanır ki, hücum əməliyyatının məqsədi işğalla yanaşı, həm də Şuşanın “yeriyən həşəratlardan təmizlənməsi” olub (azərbaycanlılar nəzərdə tutulub). Ardınca Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın Şuşa rayonunun işğalı ilə bağlı qeydlərinin yer aldığı videomaterial tədqiq edilib. S.Sarkisyan Şuşa əməliyyatının əhəmiyyətinin çox böyük olduğunu bildirərək deyib: “Bu əməliyyatın əhəmiyyəti o qədər böyük idi ki, orada Robert Köçəryan özü iştirak edirdi”. Məhkəmədə Ermənistan silahlı qüvvələrinin general-polkovniki, ovaxtkı baş qərargah rəisi Qurgen Dalibaltayanın (1926-2015) çıxışları yer almış videomaterial da nümayiş etdirilib. Dalibaltayan bildirib ki, Şuşa əməliyyatının işlənməsində, hazırlanmasında və həyata keçirilməsində Robert Köçəryan və Serj Sarkisyan iştirak ediblər. O vurğulayıb ki, Şuşanın işğalı edilməsinin əhəmiyyəti çox böyük idi. Videomateriallarda qeyd edilib ki, Şuşaya hücum əməliyyatında Dalibaltayanın çox böyük rolu olub. Bundan sonra təqsirləndirilən şəxslərin bəzilərinə nümayiş olunan videomateriallarla bağlı dövlət ittihamını müdafiə edən prokurorlar, zərərçəkmiş şəxslərin nümayəndələri və müdafiəçilər tərəfindən suallar verilib. A.Qukasyan Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Seyran Ohanyana, Valeri Çitçyana və digərlərinə də müxtəlif “orden” və “medal”lar verdiyini etiraf edib.
Onu da qeyd edək ki, Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsi mühakiməsi davam etdirilən Ruben Vardanyan və digər 15 erməni əsilli şəxslərlə rəftar ilə bağlı Ermənistanın bir sıra iddialarını rədd edib. Xarici İşlər Nazirliyindən bildirilib ki, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə Azərbaycan tərəfinin cavabını və əlaqədar sübutları nəzərdən keçirən Məhkəmə əlavə məlumat istəməməyə və məhbusların saxlanma şəraiti ilə bağlı müstəqil araşdırma və ya ekspert rəyi tələb etməməyə qərar verib. Məlumdur ki, məhkəməsi həyata keçirilən erməni əsilli şəxslərlə Azərbaycanın və beynəlxalq hüququn bütün tətbiq olunan standartlarına uyğun rəftar edilir və onlara Beynəlxalq Qızıl Xaç Komitəsinin və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatının nümayəndələri dəfələrlə baş çəkiblər. Məhkəmənin qərarı BMT-nin Əsassız Həbslər üzrə işçi qrupunun Ruben Vardanyanın Azərbaycanın milli təhlükəsizliyinə, ictimai təhlükəsizliyinə və ictimai asayişinə ciddi təhdidlərlə bağlı cinayət ittihamları əsasında həbsdə saxlanıldığını təsdiq edən son rəyinə də müvafiqdir. Bu qərar, Ermənistanın davam edən məhkəmə proseslərini pozmağa və diqqəti əvvəllər işğal olunmuş ərazilərdə Ermənistanın qanunsuz şəkildə yaradılmış rejiminin qeyri-qanuni hərəkətlərindən yayındırmağa yönəlmiş əsassız tələblərinin heç bir nəticə verməyəcəyini bir daha nümayiş etdirir.
Araşdırmaçı-jurnalist Bəybala Mirzəyev Sherg.az-a deyib ki, Cozef Bayden dövründən fərqli olaraq indi artıq beynəlxalq təşkilatlar da bir çox hallarda obyektiv, ikili standartlarsız qərarlar qəbul edirlər. Onun sözlərinə görə, ermənilərin Azərbaycan əleyhinə beynəlxalq təşkilatlara, o cümlədən Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsinə çoxsaylı müraciətləri, əsassız şikayətləri də bir-birinin ardınca suya düşür, geri çevrilir, rədd olunur:
"İndi "erməni qanunları" artıq işləmir. Özünü hər şeyə qadir hesab edən dünya erməniçiliyi (erməni lobbisi) də artıq gücsüzləşib. Beynəlxalq təşkilatlar nəhayət Ədalət, Tərəfsizlik, Neytrallıq kimi təməl prinsiplərə qayıdaraq beynəlxalq hüquq normaları ilə işləməyə başlayıblar. İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə Azərbaycan tərəfinin cavabını və əlaqədar sübutları nəzərdən keçirən Məhkəmə əlavə məlumat istəməməyə və məhbusların saxlanma şəraiti ilə bağlı müstəqil araşdırma və ya ekspert rəyi tələb etməməyə qərar verib. Beləliklə, özü irqçiliyə, milli-etnik zəmində ədavətə, türkəfobiyaya, azərbaycanfobiyaya yol verdiyi halda, qabaqdangəlmişlik edərək Azərbaycanı və azərbaycanlıları irqi ayrı-seçkilikdə, ermənifobiyada ittiham edən Ermənistan tərəfinin növbəti iddiaları və yalanları da Beynəlxalq Məhkəmə səviyyəsində rədd edildi. Bu o deməkdir ki, ermənilər yamyamlar kimi hərəkət etməyə son qoymalı, 90-cı illərin "miatsum"çuluq, "böyük ermənistan"çılıq kimi qızışdırıcı, təcavüzkar ideyalarından əl çəkməli, reallıq hissinə qayıtmalı, barbar qəbiləçilikdən adekvat topluma çevrilməli, qonşuları ilə (ilk növbədə isə Azərbaycan və Türkiyə ilə) normal, sivil münasibətlər qurmağa çalışmalıdırlar. Bəli, Beynəlxalq Məhkəmə erməniləri və Ermənistanı məhz buna dəvət edir. Başqa sözlə desək, Beynəlxalq Məhkəmə ermənilərə deyir ki, bəsdirin, bu zehniyyətdən əl çəkin, özünüzü ibtidai icma dövrünün vəhşi qəbilələri kimi aparmağa son qoyun. Lakin Beynəlxalq Məhkəmə hakimlərinin bu xitabı revanşizmə köklənmiş ermənilərin tutulmuş qulaqlarına və sönmüş idraklarına çatacaqmı, onların ruh halına sirayət edəcəkmi, bəlli deyil".
B.Mirzəyevin fikrincə, aprelin 24-də qondarma "soyqırımı" münasibətilə Azərbaycan və Türkiyə bayraqlarını yandıran, küçə yürüşlərindən və sosial şəbəkələrdən Azərbaycana kin qusan bir qəbilə çətin ki, Beynəlxalq Məhkəmənin çağırışlarına sağlam yanaşsın:
"Çünki bu qəbilə sanki 21-ci əsr reallıqlarına uyğunlaşa bilməyəcəyini dərk edərək saxtakarlıq, təcavüzkarlıq, terrorçuluq, separatçılıq, irqçilik, revanşistlik kursunu əvvəlki templə davam etdirməyə qərar verib. Daha real desək, ermənilər özünüməhvetmə yolunu seçiblər. Ona görə də Nikol Paşinyan da getdikcə öz xalqını daha yaxından tanıdıqca, dəhşətə gəlir. Onun son vaxtlar Ermənistan parlamentinin kürsüsündən tez-tez əsəbi, çılğın çıxışlar etməsi də elə bundan qaynaqlanır. Nikol öz xalqının necə fəlakətli bir yolda olduğunu dərk etdiyinə görə soydaşlarını "tarixi Ermənistan" miflərindən əl çəkməyə, "real Ermənistan"a "odaxlanmaya", istiqamətlənməyə çağırır. Daha doğrusu, çağırmır e, rəsmən bağırır, fəryad edir, isteriya qoparır. Lakin gözləri, qulaqları və ruhları möhürlənmiş ermənilər isə zombilik halından çıxmağa, qurtulmağa tələsmirlər".