Dünya yeni dizaynda! – “İranda hakimiyyət dəyişikliyi, Azərbaycan və Türkiyədə yeni rollar...”
Yusif Nəzərli
12:54 06.12.2022
Aktual
684
"PKK terror təşkilatının əsas kökü İrandadır".
Bunu Güney Azərbaycan televiziyasının (GünAztv) rəhbəri Əhməd Obalı Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi "İran yeni baxış bucağında" adlı tədbirdə deyib.
O bildirib ki, Türkiyə İranın daxilində ciddi etnik dəyişikliyin yaranmasından narahatdır:
"Amma türkiyəli siyasətçilər regional hadisələrin nə qədər sürətli olduğuna diqqət etməlidirlər. Bu gün PKK terror təşkilatının əsas kökü İrandadır. PKK yarandığı gündən İranla əlaqədə olub".
Ə.Obalının sözlərinə görə PKK-nın İranda ayrıca qolu var:
"Güney məsələsinin həlli Türkiyəyə qarşı kürd məsələsini də həll edə bilər. Güney Azərbaycan azad olarsa, Türkiyə ilə sərhəddə kürd fəaliyyəti ola bilməz".
O vurğulayıb ki, bir zaman xəyal etdiyimiz türk dünyası artıq reallaşır. Amma bu, ancaq Güney Azərbaycan sayəsində mümkün olacaq. Biz də Güney azərbaycanlı qardaşlarımızdan dəstək gözləyirik.
Regionun yeni dizayna daxil olduğunu deyən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a söyləyib ki, bu yeni dizaynda bəzi ölkələrin xəritədən silinmə ehtimalı var:
"İranın daxilində nüvə partlayışı gözləniləndir. Bu böyük bir etnik qarşıdurma və yeni xəritənin ortaya çıxması ilə müşahidə edilə bilər. Ciddi məsələ isə qlobal ssenarinin ilmələrinin bizim coğrafiyada atılmasıdır. Vətən müharibəsinin gedişi və İranın davranışları da yeni konfiqurasiyanın təlatümlərlə müşayiət edildiyini göstərdi. Uzun illərdir ki, bölgəyə xas ssenarilərin icrası ilə bağlı mərkəzi hakimiyyətlərin sarsılması bu xüsusda vacib rola malikdir. Bu gün İranda oynanılan oyunların nəticələrinə yönəlik “PKK kartı”, İran Kürdüstanı bölgəsi və regionda yeni ölkənin formalaşdırılmasına çalışılması konteksində bizi də bəzi məsələlər narahat edir. Digər tərəfdən bölgədəki çox şeyi dəyişəcək gücdə olan Türkiyənin də ehtiyatlanmasına böyük zərurət var. Bu zərurət yaxın zamanlarda cənub qonşumuzda hakimiyyət dəyişikliyinə və Azərbaycanla Türkiyəyə yeni rolların verilməsinə gətirib çıxaracağını düşünürəm. Bu rolları biz öz qanımızla əldə etmişik. Bütün bunları qiymətləndirdikdə isə rəsmi Ankaranın digər ölkələrin iştirakı olmadan apardığı "Pəncə Qalxan" əməliyyatından başlamaq lazımdır. Bu əməliyyat həqiqətən də bölgədəki qüvvələrin balansını dəyişə bilər və əsas sirr də burada yatır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə