Millimiz Haitiyə böyük hesabla uduzdu

Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında Haiti yığmasına məğlub olub.

Axar.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda rəqibinə 0-4 hesabı ilə uduzub.

Qeyd edək ki, U-15 millimiz yer aldığı AF qrupunda daha əvvəl keçirdiyi görüşlərdə Timor-Leste yığmasını 6-0, Andorranı 1-0, İsraili 3-1 hesabı ilə məğlub edib. Komanda Avstraliya millisinə isə məğlub olub – 1-3.

Bununla da yığma qrupunu 9 xalla üçüncü pillədə başa vurub.