Əhməd Obalı və oğlu ölümcül döyüldü – FOTO


"Günaz TV-nin qurucusu, azərbaycanlı fəal, siyasi mühacir Əhməd Obalı  və oğlu Dəniz ABŞ -də  6 nəfərin hücümuna məruz qalıb, vəhşicəsinə döyülüb , hər ikisinə ciddi xəsarətlər yetirilib". Bu haqda "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı  feysbuk hesabında yazıb.

Baş redaktor qeyd edib ki, Əhməd Obalı şərəfsiz İran fars- molla rejiminə qarşı davamlı mübarizə aparır, Azərbaycanın bütövlüyü uğrunda ən fəal liderlərdəndir:
"Görünən odur ki, İran rejimi  Əhməd bəyin mübarizəsindən qorxur, buna görə terrora əl atır. Bu terrorun cavabı veriləcək , İranın qorxulu röyaları gerçəkləşəcək, Azərbaycan bütövləşəcək".

Qeyd edək ki, Əhməd Obalı gənc yaşlarında İrandakı mövcud rejimə qarşı olan siyasi baxışına və fəaliyyətinə görə təzyiqlərə məruz qalıb və bu səbəbdən İrandan Türkiyəyə, oradan Avropaya və daha sonra ABŞ-yə mühacirət etmişdir.