Elmira Axundova geri çağırıldı - Sərəncam

Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
"Sherg.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Xatırladaq ki, ötən ay E. Axundovanın vəzifəsini itirməsi ilə bağlı xəbər yaymışdıq.