Əminə Ərdoğandan quraqlıqla mübarizə mesajı! “Gəlin suyumuzu birlikdə qoruyaq”

Türkiyənin birinci xanımı Əminə Ərdoğan sosial media hesabında quraqlığa diqqət çəkib və bu açıqlamaları verib:

"Sudan səmərəli istifadə etmək hamımızın vətəndaşlıq borcudur.  Səssiz fəlakətlə mübarizəyə gəlin, suyumuzu birlikdə qoruyaq".

Əminə Ərdoğan vurğulayıb ki, iqlim dəyişikliyi ilə əlaqədar quraqlıq nəticəsində Türkiyə suları böyük təhlükə altındadır:
"Son 3 ayda yağıntının miqdarı ölçülmüş uzunillik məlumatlara görə 40,6%, əvvəlki ilə nisbətən isə 31% azalıb. Yaxın 100 ildə ölkəmizin su ehtiyatlarında 25% azalma gözlənilir".

Turan