Ən qədim “İncil” 38 milyon dollara satılıb
Yusif Nəzərli
08:56 19.05.2023
Aktual
441
Hərrac cəmi 4 dəqiqə çəkib
Dünyanın ən qədim, ibrani dilində yazılmış “İncil” kitabı açıq hərraca çıxarılıb. Bu, dəqiq tərtib edildiyinə şübhə olmayan “Codex Sassoon” adlı “İncil” kitabıdır. “NTV.com.tr” xəbər verir ki, hərrac ABŞ-də, Nyu-York şəhərindəki “Sotheby's” Hərrac Evində keçirilib. Hərrac cəmi 4 dəqiqə çəkib.
Qədim “İncil” kitabı üçün ən yüksək məbləği amerikalı diplomat, ABŞ-nin Rumıniyadakı sabiq səfiri və Amerikan-Yəhudi Komitəsi başqanı Alfred H.Moses təklif edib. Və 38,1 milyon dollar kitabı satın alıb. Sabiq səfir qeyd edib ki, kitabı İsraildəki AHU Yəhudi Xalqı Muzeyinin dəstəkçiləri adına satın alıb və onu məhz bu muzeyə - Təl-Əvivdəki Yəhudi Xalqı Muzeyinə hədiyyə edəcək. Hərracda qeyd edilib ki, bu kitab 1929-cu ildə David Solomon tərəfindən satın alınıb. Kitaba verilən “Sassoon” adı da buradan qaynaqlanır.
Kitabın əvvəlki sahibi “İncil”i əzbər bilirmiş. 38 milyon dollarlıq satış məbləği 1994-cü ildə Bill Geytsin Leonardo da Vinçinin əlyazması olan əsərə görə ödədiyi 30 milyon 800 min dollarlıq məblıği üstələyir.
Deyilənə görə, bu kitab IX əsrin sonları X əsrin əvvəllərində tərtib edilib və “İncil” kitabını demək olar ki, bütünlüklə özündə əks etdirir. “İncil” mətnlərinin indiyədək əldə edilmiş ən qədim nüsxələri 1947-ci ildə arxeoloji qazıntılar zamanı Ölü dəniz mağaralarında tapılıb.
İbrani dilindəki “İncil” 3 hissəyə bölünmüş, 24 kitabdan ibarətdir. “İncil” yəhudiliklə yanaşı, xristianlıq və islamın da əsasını təşkil edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media