Erməni təxribatı ara vermir! – “Ordumuzu ciddi addımlar atmağa vadar edirlər”
Yusif Nəzərli
10:19 09.09.2022
Aktual
863
Laçın və Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, sentyabrın 8-i axşam saatlarından 9-u səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan, Basarkeçər rayonunun Subatan yaşayış məntəqələri və Gorus rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli və Hacılar, Kəlbəcər rayonunun Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərinə fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəş açıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Düşmənin növbəti təxribatı barədə “Sherg.az”a danışan Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistanın son günlər atəşkəsi intensiv şəkildə pozması Azərbaycan Ordusunu ciddi addımlar atmağa vadar edir:
“Belə olduğu halda ordumuz yaxın günlərdə “Qisas” əməliyyatının növbəti mərhələsini həyata keçirməli olacaq.
Fikrimcə, artıq Qarabağ ərazisində mövcud olan və Azərbaycan-Ermənistan sərhəddində atəşkəsi pozmağa cəhd edən erməni silahlıları tamamilə həmin atəş açılan mövqelərdən çıxarılmalıdır ”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya