
Ermənilər 10 noyabr razılaşmasını pozur
Yusif Nəzərli
00:24 13.09.2022
Aktual
365
Təxribatların trayektoriyası dəyişib, indi də Ermənistanla Azərbaycan cəbhə xətti aktivləşib
Ermənistan silahlı qüvvələrinin təxribatları davam etməkdədir. Son günlər Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər, Laçın istiqamətində atəşkəsi davamlı pozan erməni silahlıları bu dəfə Gədəbəyi hədəf alıblar. Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətlərində yerləşən mövqelərimiz ermənilərin atıcı silahlarından atəşə məruz qalıb. Bundan başqa, Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlıları tərəfindən Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Qarabağ cəbhəsinin iflası ilə Ermənistanla Azərbaycan cəbhə xətti aktivləşib. Analitikə görə, Gədəbəyin Novoivanovka kəndinin atəşə tutulması maraqlı müşahidə yaradır:
"Ermənistan ilk dəfə aktiv olaraq 2020-ci ildə Tovuzda cəbhə xəttini genişləndirməyə cəhd etmiş, nəticədə 27 sentyabrda müharibə başlamışdı. İndi hücumların trayektoriyası dəyişib. Ermənistan Qarabağ xəttini özünün dövlət sərhədlərinə çəkməkdədir. Bunun nəticəsi bizə nəyi deməyə əsas verir? Ermənilər 10 noyabr razılaşmasını pozur. Görüşlərin nəticələrinə zərər vurur. Azərbaycan əvvəliki səbəblər daxil özünün daxili ərazi vahidində müharibə imkanlarını başa çatdırıb. Eyni səbəblər BMT 51-ci maddə ilə sərhədlərə daşıb. Bu atəşkəs pozmaları sərhəddə müharibəyə və Azərbaycanın öz təhlükəsizliyini təmin etməsi üçün müdaxiləyə əsas verir. Bu müdaxilə sülh müqaviləsini, kəndləri və dəhlizi həll edə bilər".

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov isə deyib ki, təxribatlar Ermənistanın Baş naziri Nikol Paşinyanın hiyləgər planının bir hissəsidir:
"Ermənistan lideri Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumundan qayıdandan sonra sülh danışıqlarını pozmaq üçün gərginliyi artıracaq addımlar atmağa başlayıb. Bu da Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə avqustun 31-dəki görüş zamanı Azərbaycanla sülh yolunda gündəliyə daxil olan məsələlərlə bağlı razılaşma xəttinə tamamilə ziddir. Ermənistan liderləri real sülhdən yayınmaq üçün hər zaman bu cür avantürist davranış sərgiləyib və qeyri-ciddi siyasətçi olduqlarını sübut ediblər. Bu cür sürüşkən liderləri reallıq hissinə qaytarmağın və sülhə məcbur etməyin tək yolu hərbi güc tətbiqindən keçir. Odur ki, Azərbaycan Ordusunun "dəmir yumruğ"u hər zaman hazır vəziyyətdə olmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya