"Ermənilər azərbaycanlılara hücum edir, bəs dil pəhləvanları harada gizləniblər?" - Baş redaktor
Fidan Həmişəyeva
12:25 26.07.2020
Aktual
720
“Hazırda Ermənistan və onların havadarlarının Azərbaycana qarşı gündən-günə kütləvi hal alan hücumu müşahidə edilməkdədir. Ermənistanın Tovuz rayonu istiqamətində həyata keçirdiyi təxribatından sonra hücumların xarici ölkələrə transfer etməsi ermənilərin daha dərin, çirkin, cinayətkar və terrorçu planlarından xəbər verir”.
Bu fikri Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Sherg.az”a açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, son bir həftə ərzində Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni millətçi-terrorçu qruplaşmaları tərəfindən davamlı təxribatlar törədilir:
“Təsadüfi deyil ki, bu təxribatlarda həmin ölkələrdəki erməni diasporu, radikal millətçilərlə yanaşı, ASALA, Daşnaksütyun kimi terror təşkilatlarının da nümayəndələri iştirak edirlər. Əlbəttə, ermənilərin bu tipli təxribatları, eləcə də terrorçu fəaliyyəti yeni deyildir. 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetiriblər. Ümumilikdə erməni terror təşkilatları tərəfindən 22 ölkədə 235-dən çox terror aktı törədilib, 24 türk diplomatı vəhşicəsinə qətlə yetirilib. Hətta, 1991-ci ildə Ermənistan müstəqilliyini bəyan etdikdən sonra terroru dövlət siyasəti vasitəsinə çevirmiş işğalçı ölkənin xüsusi xidmət orqanları Azərbaycanın müxtəlif yerlərində çoxsaylı qanlı terror aktları təşkil ediblər. Ona görə də son günlər baş verənlərə təəccüblənmək lazım deyil”.
Baş redaktor vurğulayıb ki, çoxsaylı aksiya iştirakçılarına ermənilər tərəfindən fiziki güc tətbiq olunması, onlara xəsarətlər yetirilməsi həmvətənlərimizin sərbəst toplaşmaq və öz fikirlərini azad ifadə etmək hüquqlarının pozulmasına gətirib çıxarıb:
“Bu səbəbdən də təxribatların baş verdiyi ölkələrin aidiyyəti orqanları hücumları ciddi araşdırmalı və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verməlidir. Adətən belə vandalizm, insan hüquq və azadlıqlarına qəsd kimi hallara qarşı barışmaz mövqe nümayiş etdirən beynəlxalq qurumların, o cümlədən hüquq-müdafiə təşkilatlarının azərbaycanlılara qarşı törədilən cinayət əməllərinə susqunluğu anlaşılan deyil. Bu, həmin təşkilatlarda ikili standartların və selektiv yanaşmanın hökm sürdüyünü aydın göstərir”.
V.Rəhimzadə diqqətə çatdırıb ki, erməni lobbisinin Azərbaycana qarşı təxribatlar, hücumlar təşkil etdiyi bir zamanda özlərini azərbaycanlı hesab edib. Guya xalqımız naminə fəaliyyət göstərdiklərini iddia edənlərin düşmən cəbhəsində yer almaları artıq heç kəsə sirr deyil:
“Hər gün insan hüquqlarından dəm vuran Sevinc Osmanqızı, Qənimət Zahid, Tural Sadıqlı, Cəmil Həsənli, Əli Kərimli və digər milli xainlər dünya azərbaycanlılarını ayağa qaldıran bu vandalizm aktlarını susqunluqla seyr etməkdədirlər. Ermənilər xarici ölkələrdə azərbaycanlılara hücum edir, ağır bədən xəsarəti yetirirlər. Bəs belə bir ağır gündə özlərini xalqın xilaskarı kimi qələmə verən Orduxan Temirxan, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Vidadi İsgəndərli kimi milli satqınlar, vətənpərvərlikdən dəm vuran dil pəhləvanları harada gizləniblər? Yoxsa, ermənilərlə işbirlikləri şübhə doğurmayan və xarici anti-Azərbaycan dairələrin əlində alət olan bu antimilli ünsürlərin işləri-gücləri ancaq hakimiyyətə qara yaxmaq, kompyuter arxasından “aslanlıq” etməkdir?. Hesab edirəm ki, bu cür Vətən xainlərinə qarşı amansızlıqla mübarizə aparmaq lazımdır. Vətəninə və xalqına xəyanət edənlər ən ağır cəzaya layiqdirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm