"Ermənilər biomüxtəlifliyə ciddi ziyan vurub"
Yusif Nəzərli
10:30 07.03.2023
Aktual
448
Milli Məclisdə TÜRKPA-nın komissiya iclası keçirilib
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının iclası keçirilib. İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və TÜRKPA katibliyinin nümayəndələri iştirak ediblər. Toplantıda fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdə həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
"Türkiyədə baş verən faciə bizi dərindən sarsıdıb"
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli deyib ki, qardaş Türkiyədə baş vermiş faciə bizi dərindən sarsıdıb. Vitse-spiker vurğulayıb ki, yaxın vaxtda qardaş ölkə bu problemdən qurtulacaq: "TÜRKPA-nın bu gün keçirilən iclası bizim üçün vacibdir. 85 gündür Azərbaycan ekofəallərı Laçın yolunda ekoloji terrora qarşı mübarizə aparır. Ümid edirik ki, TÜRKPA-nın bu gün baş tutan iclasında bu məsələ də geniş müzakirə olunacaq və TÜRKPA Azərbaycanın haqq, ədalət işinə dəstək verəcək".
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İradə Hüseynova deyib ki, ermənilər ərazilərimizdə biomüxtəlifliyə ciddi ziyan vurub: "30 illik işğal dövründə ərazilərimiz ermənilər tərəfindən ekoloji genosidə məruz qalıb və bu da biomüxtəlifliyə ciddi ziyan vurub. Azərbaycan həmin ərazilərdə hazırda biomüxtəlifliyin qorunması üçün ciddi tədbirlər həyata keçirir. Bu gün biomüxtəliflik Azərbaycan üçün aktual məsələlərdən biridir”.
"Ekoloji terror mütləq qınanılmalıdır"
Millət vəkili Əhliman Əmiraslanov bildirib ki, Azərbaycanın tarixi torpaqları uzun müddət ərzində işğal altında qalıb: “Bu illər ərzində Ermənistan tərəfi həmin ərazilərdə ekoloji terror törədib. Azərbaycan tarixi torpaqlarını işğaldan azad etdikdən sonra da ermənilər ekoloji terrora əl atıb. Bu gün TÜRKPA-nın iclasında ümid edirik ki, üzv dövlətlər Ermənistanın bu qeyri-konstruktiv davranışına münasibət bildirəcək. Digər dövlətin ərazisində ekoloji terrorun törədilməsi mütləq qınanılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm