Ermənilər Qarabağda rus icması adından təxribat xarakterli məlumatlar yayır - Tural Gəncəliyev
14:49 24.03.2021
Aktual
589
“Təəssüflər olsun ki, Ermənistan tərəfi Qarabağda rus icması adından istifadə edərək təxribat xarakterli məlumatlar yayır”.
APA-nın məlumatına görə, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib .
O bildirib ki, ermənilərin bu saxta iddiaları qəbuledilməzdir:
“Ermənilər guya Qarabağda rus icmasına və etnik rusların yaşadığı ərazilərdə rus mirasının dağıdılması ilə bağlı təxribat xarakterli məlumatlar yayaraq insanları aldatmağa çalışırlar. Mən Xankəndi şəhərindən olan millət vəkili kimi bununla bağlı fikrimi bildirərək demək istəyirəm ki, erməni tərəfinin yaydığı bu məlumat tamamilə qəbuledilməzdir və bütün doğru məlumatlara əks olaraq dünya ictimaiyyətini aldatmağa yönəlib. Çünki biz Qarabağda, Azərbaycanın işğal edilmiş ərazilərində şahidi olmuşuq ki, nəinki Azərbaycan xalqına məxsus tarixi abidələr məhv edilib, eyni zamanda Qarabağda yaşamış etnik qruplara, xüsusilə də rus icmasına məxsus abidələr dağıdılıb. Xüsusilə də Şuşa şəhərində olan rus kilsəsi və digər ərazilərdə olmuş rus icmasına məxsus bəzi abidələr son 30 ildə məhv edilərək dəyişdirilib. Şuşa şəhərində məşhur rus kilsəsi ermənilər tərəfindən tamamilə dəyişdirilib və erməni kilsəsi kimi təqdim edilib”.
T.Gəncəliyev deyib ki, işğal faktı başa çatdıqdan sonra hamı gördü ki, ermənilər Azərbaycana qarşı, irsimizə, mirasımıza, multikultural dəyərlərimizə qarşı hansı vəhşilikləri edib. Bundan təşvişə düşən ermənilər özlərinin törətmiş olduğu beynəlxalq və mədəni cinayətləri ört-basdır etmək üçün belə təxribat xarakterli məlumatlar yayırlar. Guya rus icmasının Qarabağda hansısa təsirə məruz qaldığını, ruslara məxsus hansısa abidələrin dağıdılmasını qabardırlar. Halbuki, vaxtilə rus icmasına, rus irsinə məxsus tarixi abidələri, kilsələri dağıdanlar elə ermənilərin özləri və onların havadarları olub”.
Tural Gəncəliyev beynəlxalq təşkilatlara müraciət edərək bu məsələlərdə onları aktiv olmağa çağırıb:
“Mən bir daha Xankəndi deputatı olaraq beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara, xüsusilə də bu məsələlərdə ixtisaslaşmış YUNESCO kimi təşkilata müraciət edərək bildirmək istəyirəm ki, onlar bu saxtakarlığa göz yummasınlar. Ermənilərin rus icmasının və etnik rus icmasına məxsus abidələrin öz əllərində təxribat xarakterli məsələlərdə silah kimi istifadə etmələrinə imkan verməsinlər və bunun qarşısını almaq üçün Ermənistan tərəfinə çağırış etsinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət
Paşinyan: Moskvaya gedib-qayıdım, son yolumuz bəlli olacaq
10:10 09.09.2026
Dünya
Tramp: İrana çox sərt dərs verdik
10:06 09.09.2026
Gündəm
Xalq artisti Aleksandr Şarovski vəfat edib
10:03 09.09.2026
Mədəniyyət