Ermənistan-Azərbaycan sülh prosesi: Sazişə mane olan səbəblər - ANALİZ
Ermənistan-Azərbaycan sülh prosesi: Sazişə mane olan səbəblər - ANALİZ
09:36 04.10.2024
Aktual
615
"Regionda sülh istəməyən dövlətlərdən biri Fransadır"
Ermənistan-Azərbaycan münaqişəsi uzun müddət davam edən siyasi, sosial və iqtisadi dinamikalara təsir edən, dövlətin başlıca problemi olan və sülhün əldə edilməsini çətinləşdirən amilləri aydınlaşdıran mürəkkəb bir məsələdir. 2020-ci il 10 noyabr ayında bağlanan Üçtərəfli Bəyanatı ilə Ermənistan məğlub olduğunu qəbul edib, alınan əraziləri (Ağdam, Kəlbəcər, Laçın) geri verib, oranı tərk etti. Lakin bundan sonra əsas sülh məsələsini olduqca uzattılar və hazırda da bu barədə danışıqlar gedir. Bu məqalədə sülh müqaviləsinin bağlanmasını istəməyən və buna maneə olan əsas siyasi aktorları, onların motivlərini və münaqişəyə təsir edən amilləri araşdıracağıq. Ermənistan-Azərbaycan arasındakı sülh müqaviləsini istəməyən dövlət Fransadır. Fransa nə üçün sülh müqaviləsini istəmir? Fransa Türkiyənin Cənubi Qafqazda güclənməsinə qarşıdır. Dünya ölkələri arasında Fransa erməniləri ABŞ ermənilərindən sonra ikinci ən böyük erməni diasporudur. Hazırda Zəngəzur dəhlizi daha çox gündəmə çevirilib. Regionun aparıcı dövlətlərindən olan İran da dəhlizin açılmasını istəmir. Tehranın istəməməsinin səbəbi bu yaxınlarda daha çox bəlli olub. İran tərəfi Zəngəzur dəhlizinə alternativ olaraq öz ərazisindən yol çəkməyi planlayır. Əgər bu yol çəkilərsə, İran kifayət qədər gəlir götürəcək. Əslində burada uduzan Ermənistandır. Əgər Zəngəzur dəhlizinin açılmasına razılıq verərsə, bu Ermənistana kifayət qədər mənfəət gətirəcək. Rəsmi İrəvan bunu başa düşür. Lakin adını qeyd etdiyimiz ölkələr ona Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq verməsinə imkan vermir. Səbəbi odur ki, Azərbaycan tərəfinin şərtlərini qəbul etmək istəmirlər. Bəzi qarşı tərəflər təbii ki, özünü açıq şəkildə göstərmir. Bu ölkələrə Böyük Britaniya və İtaliya dövlətləri də daxildir. İtaliya və Böyük Britaniya Azərbaycan dövlətinə investesiya qoyub. Bu səbəblə bu dövlətlərlə əlaqələrimiz olduğu üçün özlərini tam şəkildə göstərə bilməzlər. Siyasətdə ən güclü qüvvə olan ABŞ Fransa ilə oxşar səbəbdən türklərin Qafqazda sabitlik yaradıb öz güclərini orada yaymalarını istəmir. Təbii ki, sadəcə ölkələr və dövlətlər deyil, daxili güclər də buna maneə olurdu. “Mənim Şərəfim Partiyası” buna nümunədir. Bu partiya rusiyapərəst olması ilə tanınır və Paşinyanı hakimiyyətdən devirmək istəyirdi. Bunun səbəbi isə Paşinyanın hərbi güclərdən səmərəsiz istifadəsi və silahlı qüvvələrin idarəsini təcrübəsiz şəxslərə təhvil verməsidir. Ermənistan sülh bağlamaq əlbəttə ki, heç bir zaman istəməyəcək lakin, dövlətimiz öz istəyindən dönməməli və sülhün imzalanmasını gerçəkləşdirməlidir.
Əlibəyli Dostuxanım
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Qalibafın paylaşımından sonra neftin qiyməti artıb
23:45 10.04.2026
Region
Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
23:07 10.04.2026
Dünya
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm