
Ermənistan COP29-un Azərbaycanda keçirilməsinə qısqanclıq nümayiş etdirir -Analiz
Yusif Nəzərli
14:18 23.03.2025
Aktual
586
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Braziliyanın “Folha” qəzetinə müsahibəsi zamanı guya indiyə qədər əvvəlki COP iclaslarında “Qlobal Cənubun” və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına az diqqət ayrıldığı barədə iddiaları tamamilə əsassızdır.
Bu fikir Azərbaycanın Xarici İşlər Nazirliyinin Ermənistan xarici işlər nazirinin Braziliyanın “Folha” qəzetinə müsahibəsində COP-la bağlı səsləndirdiyi fikirlərə dair şərhində yer alıb.
Görünür ki, Ermənistan xarici işlər naziri COP çərçivəsində aparılan iqlim danışıqlarından ümumiyyətlə xəbərsizdir.
İndiyə qədər bütün COP-larda iqlim dəyişikliyi ilə mübarizə sahəsində “Qlobal Cənub” üçün əlamətdar qərarlar qəbul edildiyi məlumdur.
Bu baxımdan, Ermənistan xarici işlər nazirinin səsləndirdiyi fikirlər yalnız COP29-un deyil, ondan əvvəlki bütün COP-ların da ev sahiblərinə hörmətsizlikdir.
Politoloq Əhəd Məmmədli "Sherg.az"a bildirib ki, Ermənistan COP29-un Azərbaycanda keçirilməsinə qarşı açıq şəkildə qısqanclıq nümayiş etdirir:

"Bu ölkə tədbirin əhəmiyyətini və mahiyyətini azaltmağa, onun miqyasını kiçiltməyə çalışır. Sülh danışıqları mərhələsində olmağımıza baxmayaraq, rəsmi İrəvan Azərbaycana qarşı təbliğat aparmaqda davam edir. Əgər COP29 tədbiri Gürcüstanda keçirilsəydi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenə də eyni mövqedən çıxış edərdimi? Bu sual açıq qalsa da, baş verənlər bir daha göstərir ki, Ermənistan hakimiyyəti qeyri-sabit və ardıcıl siyasət yürütmək qabiliyyətindən məhrumdur. Digər tərəfdən, Rəsmi Bakı sülh sazişinin imzalanması məsələsində tələsməməlidir. Əgər Ermənistanla aparılan danışıqlarda Azərbaycanın əsas tələbləri tam şəkildə təmin olunmazsa və istədiyimiz şərtlərlə razılaşdırılmasa, imzalanacaq sülh sazişi uzunmüddətli olmayacaq və yeni problemlərin yaranmasına zəmin yaradacaq. Buna görə də Azərbaycan strateji səbir nümayiş etdirməli və sülh prosesinə yalnız öz milli maraqlarına tam uyğun şəkildə yanaşmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi rayonlarda işıq olmayacaq
00:58 20.10.2026
Ölkə
Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür
00:17 20.10.2026
Tarix
Bu münaqişə bütün regiona mənfi təsir göstərir - Səfir
23:58 19.10.2026
Dünya
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
22:59 19.10.2026
Futbol
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:44 19.10.2026
Siyasət
Husilər "Saudi Aramco"nun zavodlarına hücum etdilər
22:28 19.10.2026
Gündəm
Azərbaycanda satılan ən bahalı 5 avtomobil - Qiymətlər
21:23 19.10.2026
Maraqlı
Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi
21:00 19.10.2026
Hadisə
Fransada gərginlik pik həddə: Küçəyə çıxmaq qadağan edildi
20:50 19.10.2026
Dünya
Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
20:42 19.10.2026
Hadisə
MHP-li deputat ağır qəzadan sonra xəstəxanadan evə buraxıldı
20:34 19.10.2026
Hadisə
Niko Kovaç: Biz açıq-aşkar favoritik
20:05 19.10.2026
Futbol
Pezeşkianı Moskvada gözləyirik - Lavrov
19:57 19.10.2026
Region
Rumıniyada məktəbdə bıçaqlı hücum olub, yaralılar var
19:29 19.10.2026
Dünya