
Ermənistan görüşə razılıq verib
Ermənistan görüşə razılıq verib
Yusif Nəzərli
23:50 19.10.2023
Aktual
380
Bütün tərəflərin İranda “3+3” formatına razılıq verməsi müsbət nəticələr verə bilər
Tezliklə İranda “3+3” formatında XİN başçıları səviyyəsində görüş keçiriləcək. Görüşdə iştiraka Ermənistan da razılıq verib. Məlumat üçün bildirək ki, "3+3" formatına Azərbaycan, Ermənistan, İran, Rusiya, Gürcüstan və Türkiyə daxildir. Ötən günlərdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib ki, Qafqazdakı prosesləri yerli aktorların və regiondakı qonşuların iştirakı ilə həll etmək olar. “3+3” formatının təşəbbüskarı Azərbaycandır və regional məsələlərin həlli üçün effektiv mexanizmdir.
Ekspertlərə görə, indiyədək bu formatda görüşün olmaması Azərbaycanın İranla münasibətlərindəki soyuqluq və gərginliklə bağlı idi. İndi soyuqluq arxada qalıb və artıq görüşün keçirilməsinə heç nə mane olmur. Ermənistan da reallıqları yaxşı başa düşür. Anlayır ki, regionun problemini elə regionda həll etmək lazımdır. Azərbaycan bölgədə sülhdən və beynəlxalq hüquqa əməl olunmasından yanadır və hər zaman bunun üçün çalışıb. Ermənistanın digər dövlətlərə sığınması, Paşinyanın bir stuldan digər stula oturması yalnız sonunu tezləşdirə bilər.
Politoloq Azər Qasımov "Sherg.az"a bildirib ki, region dövlətlərinin "3+3" formatı ilk növbədə onların özü üçün vacibdir. Analitik vurğulayıb ki, "altılıq" platforması regional proseslərin müsbət istiqamətdə inkişaf etməsinə səbəb olar:

"Təbii ki, region ölkələri səmimi olsalar, "altılıq" formatı reallaşar. Ancaq formatın müsbət nəticələr verməsi üçün bəzi nüansların həllinə ethiyac var. Zəngəzur dəhlizi məsələsi ilə bağlı İranın mövqeyi bəllidir. Tehran bunun əleyhinədir. "3+3" formatı fəaliyyətə başlayarsa, Zəngəzur dəhlizinin açılması mütləqləşəcək. O halda İranın mövqeyi necə olacaq?! Gürcüstan-Rusiya arasındakı problemlər də bəllidir. Tbilisi Rusiya faktoruna görə "3+3" formatına o qədər də isti yanaşmır. Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi, sərhədlərin müəyyənləşməsi və başqa məsələlərlə bağlı problemlər qalmaqdadır. O baxımdan "altılıq" formatın taleyi bir qədər qaranlıqdır. Ermənistanın Qərbə inteqrasiya məsələsi və ABŞ-nin reaksiyası da əsas problemlərdən sayılır. Ancaq bu günə kimi "3+3" formatından qaçan İran, Gürcüstan və Ermənistanın indi razılıq verməsi nəticə etibarilə müsbət hal sayıla bilər. Lakin mövcud köklü problemlər formatın aqibətini və reallaşsa belə, müsbət nəticə verəcəyini sual altına alır. Əgər İran və Rusiya bu məsələdə səmimi olarsa, effektiv olması mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qurban Qurbanov: Vacib qələbə əldə etdik
23:50 13.08.2026
Futbol
Misir Məkkə Paktına qoşula bilər
23:35 13.08.2026
Aktual
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb
22:58 13.08.2026
Dünya
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol