Ermənistan NATO təlimlərinə qatılmır:Xaos davam edir”

“Nə hökuməti formalaşdıra, nə də ordularını normal vəziyyətə gətirə bilirlər”

“Azərbaycan daha bir həmlə etsə, 1-2 günə İrəvanda otura bilərik”


Ermənistan “ordusu”nun hərbçiləri Gürcüstanda iyulun 26-dan avqustun 6-dək keçiriləcək “Agile Spirit 2021” beynəlxalq hərbi təlimlərində iştirak etməyəcək.
Nə qədər gülünc səslənsə də, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Daxili auditoriyaya ünvanlanan bu xəbəri oxuyarkən ağıla ilk olaraq bir sual gəlir: “Hansı ordu?” Məgər, Ermənistanın ordusu var, bizim xəbərimiz yoxdur?

Hər halda açıqlama verilərkən ağıldan istifadə olunmasa da, Ermənistan MN-in qərarı hansısa baxımdan məntiq çərçivəsinə sığır. Əks halda sadaladığımız şəxslərdən bir birlik təşkil edib Gürcüstana göndərmək, orada isə həmin şəxsləri NATO standartlarına “uyğunlaşdırmaq” müşkül məsələyə çevrilərdi...

Görünür, Ermənistan MN özünü növbəti rüsvayçılıqdan sığortalamaq üçün bu addımı atıb. Çünki müzəffər Azərbaycan Ordusunun da qatılacağı bir platformada “orducuq”la təmsil olunmağa başqa ad tapmaq çətindir!.

Mövzu barədə “Sherg.az”a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov söyləyib ki, dünyanın aparıcı ölkələri sözügedən təlimdə iştirak edəcək:

“Ermənistanın təlimlərdə olmaması daha çox iqtisadi məsələlərlə bağlıdır. Çünki Ermənistan bir dövlət kimi özünə gəlməli, silahlı qüvvələrini normal səviyyəyə çatdırmalıdır. Çünki 2020-ci ildə biabırçı bir məğlubiyyətlə üzləşiblər, bütün dünyanın gözü qarşısında darmadağın olduqlarının fərqindədir. Ona görə də bu təlimlərə qatılmayıblar. İlk dəfədir ki, NATO-nun üzvü olan ölkələr belə möhtəşəm təlimlər keçirir. Sözügedən təlimlərdə Azərbaycan da iştirak edir. Ümumiyyətlə, 2021-ci və növbəti illərdə belə təlimlərin daha çox şahidi olacağıq”.

Ü.Cəfərovun sözlərinə görə, Azərbaycan yaxın aylarda bir sıra ciddi təlimdə iştirak edəcək:

“Sentyabr ayında Bakıda Azərbaycan-Türkiyə-Pakistan xüsusi təyinatlılarının dağ şəraitində təlimi keçiriləcək. Ermənistanın NATO təlimlərinə qatılmamasına gəlincə, orada xaos davam edir. Nə hökuməti formalaşdıra, nə də ordularını normal vəziyyətə gətirə bilirlər. Bu nöqteyi nəzərdən NATO-nun təlimlərində iştirak etməyəcəklər. Bu da başa düşüləndir, yəni hansı üzlə gəlib təlimə qoşulsunlar?. Ümumiyyətlə, nələri var ki, təlimdə nə göstərsinlər?. Ağır müharibədən çıxmış ölkələr ən azı 10 il ərzində öz ordusunu ayaq üstdə saxlamağa çalışırlar. Onların bu gün atəşkəsi pozmaqlarına baxmayaraq, real gücləri yoxdur. Azərbaycan daha bir həmlə etsə, 1-2 günə İrəvanda otura bilərik. Çünki Ermənistan ordusunun gücü yoxdur. Gücü olmayan ordu isə belə beynəlxalq əhəmiyyətli təlimdə iştirak edə bilməz. Çətin durumları hələ çox davam edəcək”.