
Ermənistan sahibsiz qalıb: İrəvan Rusiyanın çətiri altına qayıtması gözləniləndir
12:58 06.03.2025
Aktual
584
Yaxın vaxtlarda Ermənistan Qərbə inteqrasiya siyasətindən 180 dərəcə geri dönərək yenidən Rusiyanın və KTMT-nin himayəsi altına qayıtmalı olacaq
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqidir. Bu ölkə qarşısındakı öhdəliklərimiz dəyişməz qalır”. Bunu “İzvestiya” qəzetinə müsahibəsində təşkilatın Baş katibi İmanqali Tasmaqambetov deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi hərbi ittifaqla rəsmi İrəvan arasında işgüzar təmaslar davam edir:
“Bir daha qeyd edirəm ki, KTMT-nin Ermənistanla bağlı götürdüyü öhdəliklər dəyişməyib. O ki qaldı rəsmi İrəvanın təşkilatımız ilə tərəfdaşlığın bərpası niyyətini ifadə edib-etməməsinə, Ermənistan qarşısındakı öhdəliklərimiz dəyişməz olaraq qalır”.
“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a söyləyib ki, hazırda Ermənistan üçün olduqca taleyüklü mərhələ başlayıb:

“Çünki Ermənistan hazırda qeyri-müəyyən stuasiyaya düşüb. Son vaxtlara qədər Ermənistan Bayden Administrasiyasının himayəsi altında idi. Ermənistan özünün xarici siyasətini Bayden Administrasiyasının təlimatlarına uyğun qururdu. Ancaq indi Ermənistanda siyasi çaşqınlıq yaşanır. Çünki İrəvan əvvəllər olduğu kimi Bayden Administrasiyasından təlimat almır və Tramp hakimiyyəti Ermənistanın mövcub olub-olmamasına əhəmiyyət vermir. Son məlumatlara görə Amerika ilə Ermənistan arasında ciddi təmaslar belə yoxdur. Bayden Administrasiyası dönəmində imzalanan sazişlər və razılaşmalar da işlək deyil. Yəni Amerika Ermənistana hazırda ciddi əhəmiyyətə almır. Ancaq rəsmi İrəvan indi mövcud vəziyyəti müşahidə etmək məcburiyyətində qalıb, onlar Tramp Administrasiyasının Ermənistanla bağlı mövqeyinin dəqiqləşməsini gözləyirlər. Bundan sonra Ermənistanın Qərbə yürütdüyü inteqrasiya siyasətinin gələcək taleyi bəlli olacaq. Əgər Tramp administrasiyası Ermənistanı sahibsiz buraxarsa, rəsmi İrəvanın Qərbə inteqrasiya siyasətindən geri çəkiləcəyi və Avropa Birliyinə üzv olmaq niyyətindən imtina edəcəyi qətiyyən şübhə doğurmur. Həmin halda Ermənistanın Rusiyanın çətiri altına qayıtması da gözləniləndir. Bütün bunlar baş verəcəyi təqdirdə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) dondurduğu fəaliyyətini yenidən bərpa etmək istəyəcək. Çünki Ermənistanın başqa çıxış yolu qalmayacaq, onlar istənilən halda özlərinə himayədar tapmaq məcburiyyətindədir. Rusiyadan başqa da Ermənistana himayədarlıq edəcək ünvan mövcud deyil. Yaxın vaxtlarda Ermənistan Qərbə inteqrasiya siyasətindən 180 dərəcə geri dönərək yenidən Rusiyanın və KTMT-nin himayəsi altına qayıtmalı olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya