Kim Çen İnin beyninə qan sızdı, ölüm xəbəri yayıldı

Şimali Koreya lideri Kim Çen İn beyin qanaması keçirib və hazırda komadadır.

Axar.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Mənbə nəşrə əlavə hər hansı informasiya verməyib.

***

Şimali Koreya lideri Kim Çen İnin öldüyü, cəsədinin gizli şəkildə ölkəyə gətirildiyi və ölüm xəbərinin ictimaiyyətdən gizlədildiyi iddia olunur.

Globalinfo.az-ın məlumatına görə, bu barədə Çin Demokratiya Partiyasının rəhbəri Vanqun Xie sosial şəbəkədə paylaşım edib.

Xie bildirib ki, Kim Çenin ölümü ilə bağlı yayılan şayiələr ölkədə hakimiyyətin varisliyi məsələsini gündəmə gətirə və ciddi siyasi böhrana səbəb ola bilər.

O, həmçinin Çin Kommunist Partiyasının Kim Çenin qızı Kim Cuenin hakimiyyətini möhkəmləndirməsinə dəstək vermək məqsədilə Pxenyana 9 min hərbçi göndərdiyinin iddia edildiyini yazıb.

Qeyd edək ki, Kim Cue siyasi analitiklər tərəfindən Şimali Koreya liderinin mümkün varisi kimi qiymətləndirilir.

Bununla belə, Xienin səsləndirdiyi iddialar rəsmi şəkildə təsdiqlənməyib. Şimali Koreya hakimiyyəti Kim Çen İnin səhhəti və ya ölümü ilə bağlı açıqlama verməyib.