Ermənistan XİN rəhbəri: Hazırda Azərbaycanla sülhün əldə edilməsi üçün imkan var
Ermənistan XİN rəhbəri: Hazırda Azərbaycanla sülhün əldə edilməsi üçün imkan var
10:20 07.03.2024
Aktual
396
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla münasibətlərin normallaşdırılması prosesindən danışıb.
APA xəbər verir ki, Mirzoyan 1-3 mart tarixlərində keçirilmiş Antalya Diplomatiya Forumu çərçivəsində “Anadolu” agentliyinin Türkiyə-Ermənistan və Ermənistan-Azərbaycan normallaşma proseslərinə dair suallarını cavablandırarkən deyib ki, Azərbaycanla sülh sazişinin imzalanması üçün danışıqları davam etdirirlər.
“Ümumilikdə Cənubi Qafqaz regionunda sabitliyin və sülhün möhkəmləndirilməsi üçün bu prosesi davam etdiririk”, - erməni nazir əlavə edib.
XİN rəhbəri “tərəflər arasında bir sıra problemlərin olduğunu, lakin bunlardan bəziləri üzrə Azərbaycanla razılıq əldə edildiyini” diqqətə çatdırıb.
Mirzoyan iki ölkənin sərhədlərinin müəyyənləşdirilməsi və regional kommunikasiya xətləri ilə bağlı iki önəmli məsələdə tərəflərin yanaşmasının fərqli olduğunu vurğulayıb.
Erməni nazir Berlində azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi danışıqlara da toxunub. O, Ceyhun Bayramovla yeni görüşün tarixinin hələlik müəyyən olmadığını diqqətə çatdırıb.
Mirzoyan Ceyhun Bayramovla davamlı təmasda olduğunu bildirib və ən yaxın zamanda yeni görüşün tarixinin müəyyən olunacağına ümidini ifadə edib.
“Hazırda həqiqətən sülhün əldə edilməsi üçün imkanımız var”, - Mirzoyan bəyan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi