Ermənistana yeganə yol Laçın dəhlizidir
Turan
10:20 13.02.2021
Aktual
899
Təxribatçıların özbaşınalığına, köhnə vəziyyətə qayıtmaq cəhdlərinə reaksiyamız çox sərt olmalıdır
Rusiya Laçın dəhlizi və Qarabağ ermənilərinin Ermənistana gediş-gəlişi ilə bağlı ziddiyyətli məqamlara aydınlıq gətirib. Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova erməni jurnalistin “Dağlıq Qarabağ ermənilərinin Ağdərə-Vardenis yolundan istifadəsi” ilə bağlı sualına cavabında deyib ki, keçid üçün yeganə marşrut Laçın dəhlizidir: “Dağlıq Qarabağla Ermənistan arasında əlaqə Laçın dəhlizi vasitəsilə ilə həyata keçirilir. Bu barədə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr üçtərəfli bəyanatının 6-cı bəndində qeyd olunub.
Bunu siz mənsiz də yaxşı bilirsiniz”. Xatırladaq ki, Xankəndi və Qarabağın yuxarı ətrafında yaşayan ermənilər Laçın dəhlizinədək olan məsafənin uzun olduğunu əsas gətirərək Ermənistana gediş-gəliş üçün Kəlbəcər üzərindən Ağdərə-Vardenis yolunun açılmasını istəyiblər. Göründüyü kimi, ermənilərin israrlı tələblərinə baxmayaraq, rəsmi Moskva Zaxarovanın diliylə məsələyə birdəfəlik son qoyub. Rusiya XİN təmsilçisinin də vurğuladığı kimi, Ermənistana yeganə yol Laçın dəhlizidir.
AMİP sədri Arzuxan Əlizadə “Şərq”ə bildirib ki, ermənilərin məqsədi təxribat törətmək, müzakirələri tormozlamaq və beynəlxalq ictimai fikri fərqli istiqamətə yönəltməkdir. Partiya rəhbərinin sözlərinə görə, Rusiya 10 noyabr Bəyannaməsi ilə erməniləri tam məhv olmaqdan xilas etdi. Rus sülhməramlıları Qarabağa yerləşən kimi dərhal köç prosesinə start verdilər. Son rəqəmlərə görə, artıq 50 mindən çox erməni rusların vasitəsi ilə Qarabağa daşınıb:
“Rusiya ermənilərin Qarabağa daşınmasını, bütün humanitar yardımları məhz Laçın dəhlizi ilə reallaşdırıb. Ermənilərin məqsədi rahat gediş-gəliş əldə etmək yox, üçtərəfli anlaşmadan sonrakı prosesi mümkün qədər zədələməkdir. Ermənilər müvafiq sənədə əsasən, onlara tanınan bütün imkanlardan maksimum yararlanır. Onsuz da ermənilərin Laçın dəhlizindən rahat şəkildə istifadə etməsi, Azərbaycanın sərhəd xidmətinin və hüquq-mühafizə orqanlarının nəzarətindən kənar olması bizi kifayət qədər narahat edən məqamdır. Bununla bağlı ölkə ictimaiyyətində narazılıq böyükdür. Ümid edirik, qısa zamanda Ermənistanla rəsmi sərhədlərimiz bərpa olunacaq və Qarabağ ermənilərinin gediş-gəlişi sərhəd məntəqələrimizdə Azərbaycanın nəzarəti və icazəsi ilə baş tutacaq. İndiki məqamda isə ermənilərin özbaşınalığına, köhnə vəziyyətə qayıtmaq cəhdlərinə reaksiyamız çox sərt olmalıdır. Rusiyanın da məsələyə konkret mövqe bildirməsi müsbət haldır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi