
Ermənistanın hərbi büdcəsi artsa belə, Azərbaycanla savaşa... -ANALİZ
11:35 28.10.2024
Aktual
655
Ermənistanın müdafiə xərcləri 2025-ci ildə 20 faiz artaraq 664 milyard dram (1,71 milyard ABŞ dolları) təşkil edəcək. Bunu respublikanın maliyyə naziri Vaqe Ovannisyan deyib. O, ölkənin 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib ki, gələn il hərbi xərclər ÜDM-in 6 %-ni təşkil edəcək ki, bu da 2024-cü illə müqayisədə 0,7 % çoxdur. Nazir əlavə edib ki, əsaslı büdcə xərclərinin 55,8 faizi müdafiə sənayesinin payına düşəcək.
“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, Ermənistanın təkbaşına növbəti dəfə savaş meydanına girmək şansı o qədər də yüksək deyil:

“Xüsusilə də rəsmi İrəvan Ermənistanın hərbi potensialının bunu üçün yetərli olmadığını anlayır. Eyni zamanda onlar başa düşürlər ki, növbəti dəfə müharibə olarsa, bu Azərbaycan Ordusunun daha ağır və sarsıdıcı zərbələri ilə nəticələnəcək. Ermənistan isə bu zərbələrin qarşısında qətiyyən tab gətirməyəcək. Bir sözlə Ermənistanın növbəti dəfə savaşa cəhdi, onun dövlətçiliyinin məhv olunmasına səbəb ola bilər. Digər tərəfdən Ermənistan yalnız Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və Fransadan çoxlu silah aldığı təqdirdə Azərbaycanla münaqişəyə gedə bilər. Amma bunun üçün həmin ölkələrin Ermənistanı Azərbaycanla savaşda dəstəkləməsi və ən yeni silahları verməsi lazımdır. Hələlik Ermənistan Qərbdən müxtəlif silah növləri alıb, siyasi dəstək görməsinə baxmayaraq rəsmi İrəvan indiki situasiyanın onlar üçün savaşa girmək imkanları yaratdığından əmin deyil. Eyni zamanda Ermənistan qələbə şanslarının da olmadığını gözəl başa düşür. Yaxın vaxtlarda Ermənistanın hərbi büdcəsi artsa belə, onların Azərbaycanla savaşa cəsarət edəcəyi qətiyyən inandırıcı görünmür. Heç Cənubi Qafqazda yaranan vəziyyət də Ermənistana müharibəyə getmək imkanları vəd etmir. Həmçinin gələcək zamanda ABŞ və Avropa İttifaqının Cənubi Qafqaza yönəlik siyasətində müəyyən dəyişikliklərin olması da müşahidə olunur. Ona görə də Ermənistan belə bir təhlükəli addıma səy göstərməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Ər-Riyada hücum etdilər
13:42 20.10.2026
Dünya
“Barselona” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır
13:28 20.10.2026
Futbol
Kallas Qara dənizdə hücumlara moratorium qoyulmasını tələb etdi
13:23 20.10.2026
Gündəm
Bağçalı: Türk dünyasının birliyini dosta-düşmənə göstərəcəyik
13:15 20.10.2026
Gündəm
Paşinyan ölkə vətəndaşlarını etirazlara çağırdı
12:35 20.10.2026
Region
Vens: Ukrayna NATO-ya üzv olmamalıdır
12:09 20.10.2026
Dünya
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
11:57 20.10.2026
Hadisə
Azərbaycanda bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
11:39 20.10.2026
Sosial
ABŞ-nin müharibə naziri Netanyahu ilə gizli görüş keçirib
11:13 20.10.2026
Dünya
Qəzzada 500 min fələstinliyə ərzaq yardımı dayandırılır
10:48 20.10.2026
Dünya
Kim Çen Inin səhhəti ilə bağlı şayiələr yayılıb
10:35 20.10.2026
Dünya
Məşhur meyxanaçı vəfat etdi - Foto
10:20 20.10.2026
Hadisə
Rusiya ayıları NATO ölkələrinə “hücum”a keçdilər
10:17 20.10.2026
Dünya
Ağ Ev sözçüsü vəzifəsində cəmi 5 gün qaldı
10:02 20.10.2026
Dünya
Qripdən sonra infarkt riski 16 dəfə arta bilər
09:54 20.10.2026
Sağlamlıq