
Ermənistanın mina terroruna davam etməkdə israrlıdır -RƏY
Yusif Nəzərli
14:02 02.04.2025
Aktual
617
İşğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində aprelin 2-də mina hadisəsi baş verib.
Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
1968-ci il təvəllüdlü Ağdam rayon sakini Nurəddin Feyzi oğlu Abbasov heyvan otararkən keçmiş təmas xəttində, minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.
Hərbi ekspert Azər Bayramov "Sherg.az"a deyib ki, Ermənistanın mina terroru ilə bağlı fəaliyyəti hələ də davam etməkdədir:

"Ermənistan məhz İkinci Qarabağ müharibəsinə qədər işğal etdiyi əraziləri kütləvi şəkildə minalayırdı. 44 günlük müharibədən sonra Ermənistan tərəfinin beynəlxalq hüquqa uyğun olaraq rəsmən öhdəliyi var idi ki, minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil versin. Lakin bunu müşahidə etmədik. Rəsmi İrəvan beynəlxalq ictimaiyyəti aldatmaq və hüquqi məsuliyyətdən yayınmaq üçün absurd iddialara irəli sürdü. Hansı ki, həmin xəritələrin onlarda olmadığını bildirdilər. Sonradan rəsmi səviyyədə bəlli oldu ki, müəyyən xəritələr Ermənistandadır. Eyni zamanda onlardan Azərbaycan tərəfinə verilənlər sadəcə 20-25% təşkil edir. Bütün bunlar ondan xəbər verir ki, Ermənistan yenə də öz riyakar ampulasında davam etməkdədirlər. Hətta bu azmış kimi Vətən müharibəsindən sonra Qarabağda yerləşən ermənilərə məhz humanitar məqsədlər üçün yol verilmişdi. Onlar yenə də öz xislətlərinə uyğun olaraq həmin yolda qeyri-qanuni şəkildə istehsal ili 2020-ci ildən sonraya məxsus minaları gətirərək Azərbaycan ərazilərini minalamağa başladılar. Ordumuza, məhz infrastruktura, mülki vətəndaşlara, həmin ərazilərdə işləyən polislərə qarşı bu cür təxribatçı fəaliyyətlər dövlətimizi antiterror əməliyyatları keçirməyə məcbur qoydu. Digər tərəfdən Ermənistanın mina terroruna davam etməkdə israrlı olduğu açıq-aydın görünməkdədir".
Ekspertin sözlərinə görə, rəsmi İrəvanın xəritələrin onlarda olmadığı ilə bağlı iddiaları yalandır:
"Çünki ermənilərin bu ərazilərdə yaşadığı zaman onların heç bir şəkildə minaya düşdüyünü görmədik. Beynəlxalq Hüquq müstəvisində Ottava anlaşmasına uyğun olaraq 150-yə yaxın ölkə minalardan imtina edib. Lakin Ermənistan bu anlaşmaya qoşulmayıb. Bu gün mina istehsal edən 12 ölkə var. Özünün miqyasına və dövlət olaraq çapına baxdığımız zaman həmin ölkələrdən biri Ermənistandır. Təəssüf ki, bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətdən hər hansı təzyiqi müşahidə etmirik. Eyni zamanda Azərbaycanla Ermənistanın şərti sərhədində, məsələn Qazax istiqamətində kəndlərimizin qaytarılmasından sonra da minalanma fəaliyyətinin şahidi olduq. Ümumiyyətlə Ermənistan anladığı dildə, yalnız təzyiqlər vasitəsilə bu xəritələri Azərbaycan tərəfinə verə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi rayonlarda işıq olmayacaq
00:58 20.10.2026
Ölkə
Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür
00:17 20.10.2026
Tarix
Bu münaqişə bütün regiona mənfi təsir göstərir - Səfir
23:58 19.10.2026
Dünya
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
22:59 19.10.2026
Futbol
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:44 19.10.2026
Siyasət
Husilər "Saudi Aramco"nun zavodlarına hücum etdilər
22:28 19.10.2026
Gündəm
Azərbaycanda satılan ən bahalı 5 avtomobil - Qiymətlər
21:23 19.10.2026
Maraqlı
Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi
21:00 19.10.2026
Hadisə
Fransada gərginlik pik həddə: Küçəyə çıxmaq qadağan edildi
20:50 19.10.2026
Dünya
Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
20:42 19.10.2026
Hadisə
MHP-li deputat ağır qəzadan sonra xəstəxanadan evə buraxıldı
20:34 19.10.2026
Hadisə
Niko Kovaç: Biz açıq-aşkar favoritik
20:05 19.10.2026
Futbol
Pezeşkianı Moskvada gözləyirik - Lavrov
19:57 19.10.2026
Region
Rumıniyada məktəbdə bıçaqlı hücum olub, yaralılar var
19:29 19.10.2026
Dünya