
Ermənistanın təxribatları onun növbəti müharibə ssenarisinə hazırlaşdığını göstərir -Politoloq
10:54 07.04.2025
Aktual
424
Aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb", MN-in məlumatında deyilir.
Politoloq Tural İsmayılov "Sherg.az"a deyib ki, bu gün Ermənistana ağır hücum silahları verən Fransa və ümumilikdə bütün beynəlxalq güc aktorları Cənubi Qafqaz regionunda sabitliyin əleyhinə fəaliyyət göstərirlər:

"Azərbaycanla Ermənistan arasında əldə edilə biləcək sülh sazişindən bir çox dövlətlər ciddi formada narahatlıq keçirirlər. Buna görə də bütün vasitələrdən istifadə edərək Ermənistanı Azərbaycan əleyhinə təxribatlara və provokasiyalara cəlb edirlər. Son dövrdə İrəvanın sərhəddə təxribatlar törətməsi də onun növbəti müharibə ssenarisinə hazırlaşdığını göstərir. Bütün təhlillər onu söyləməyə əsas verir ki, Ermənistanın aprel ayında Azərbaycana qarşı yeni eskalasiyalar həyata keçirə bilər. Bakı və İrəvan arasında sülh müqaviləsinin reallaşmasını istəməyən qüvvələr var. Onlar ciddi-cəhdlə çalışırlar ki, Cənubi Qafqaz bölgəsində gərginlik olsun. Təəssüf ki, Ermənistanın indiki hökuməti də əvvəlki revanşist hakimiyyətdən fərqli davrana bilmir".
Politoloq qeyd edib ki, Ermənistan özü də başa düşür ki, onun bir dövlət kimi iqtisadi-siyasi və hər mənada mövcudluğu yalnız Azərbaycanla normal münasibətlər qurmaqdan asılıdır:
"Lakin İrəvan bütün addımları ilə barışıq, sülh, etimad mühitindən uzaqlığını və dövlətlərarası əlaqələr sisteminin formalaşmasında maraqlı olmadığını göstərir. Hər bir halda Ermənistanın həm indiki hakimiyyəti, həm də onun arxasında dayanan havadarlar bu ölkəni Azərbaycan əleyhinə qızışdırmağa və yeni təxribatlar törətməyə məcbur edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızqaçırma cəsarət deyil, caniləşmənin əlamətidir - Psixoloq
21:54 07.04.2026
Sosial
İraqdan Suriyaya gözlənilməz hücum...
21:28 07.04.2026
Region
Çin BMT TŞ-nin Hörmüz boğazına dair qətnaməsinə veto qoyub
21:13 07.04.2026
Dünya
Ağ Ev Vensi təkzib etdi - İrana nüvə zərbəsi endirilməyəcək
20:29 07.04.2026
Dünya
Göygöldə qəza olub, xəsarət alanlar var
20:09 07.04.2026
Hadisə
ABŞ Bəhreyndəki vətəndaşlarını sığınacaqlarda qalmağa çağırıb
19:58 07.04.2026
Dünya
İt dişlədi, həyatı dəyişdi: Məhkəmədə rekord təzminat aldı
19:22 07.04.2026
Hadisə
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
19:10 07.04.2026
Gündəm
Aaron Ramsey 35 yaşında futbolu buraxdı
18:59 07.04.2026
Futbol
Dostunun evindən pul oğurlayıb motosiklet alan şəxs saxlanılıb
18:37 07.04.2026
Hadisə
Netanyahu: İranın dəmir yolları və körpülərinə hücuma başlamışıq
18:30 07.04.2026
Dünya
Dialoq dayandırıldı: Tehran Vaşinqtonla bütün kanalları bağladı
17:56 07.04.2026
Dünya