Eyyub Hüseynov: "Eməni istehsallı məhsulların yayılmasına heç cür icazə vermək olmaz"
Banuçiçək Kalbalıyeva
12:40 28.05.2020
Aktual
813
Ermənistan işğal olunmuş Dağlıq Qarabağ ərazisində istehsal olunmuş çeşidli məhsulları Rusiya bazarlarına ixrac etməyə müvəffəq olur.
Sonuncu belə hal Rusiyanın Tula şəhərində yerləşən “Selgros” marketlər şəbəkəsində qeydə alınıb. Marketin piştaxtalarında Dağlıq Qarabağda istehsal olunmuş “Artsax Frut” şirkətinin buraxdığı çeşidli mürəbbələr satılır.
Qarabağdan Rusiyaya konservləşdirilmiş məhsullar, spitrli içkilər və meyvə-tərəvəz ixrac olunur. Rusiya ilə Ermənistan Avrasiya İttifaqının üzvü olduğu üçün onlar arasında gömrük yoxlamaları maksimum sadələşdirilib. Bunun hesabına işğal altındakı ərazilərdə istehsal olunan məhsullar Rusiya bazarlarına asanlıqla yol tapır.
Zaman- zaman Ermənistandan, Dağlıq Qarabağdan Azərbaycana da müəyyən ərzaq məhsullarının ixrac olunmasına dair məlumatlar yayılır.
Deməli, ermənilər "saman altından su yeritmək" prinsipinə tam uyğun hərəkət edirlər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Sherg.az"a açıqlamasında bunun əleyhinə olduğunu deyib:
"Belə hallar həmişə olsa da, ildən- ilə azalır. Əgər hökumət istehlakçı siyasətini uğurla aparsa, erməni məhsulları boykot oluna bilər. Söhbət təkcə qidaların təhlükəsizliyindən getmir, həm də erməni təbliğatının qarşısını almaq lazımdır. Bizdə istehsal olunan bəzi ərzaqlar da xarici ölkələrə, hətta məndə olan məlumata görə düşmənlərə ixrac olunur. Bu, yaxşıdır. Çünki ölkəyə pul gəlir. Amma erməni istehsallı məhsulların yayılmasına heç cür icazə vermək olmaz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə