
Fransanın "bacısı"na dəstəyi: Azərbaycan düşmənçiliyi davam edir!
09:10 28.02.2024
Aktual
684
Paşinyanın Parisə səfərindən sonra Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) ilə Ermənistan kəşfiyyatı arasında Azərbaycan, İran, Rusiya və Türkiyə üzrə kəşfiyyat məlumatlarının mübadiləsinə dair razılıq əldə olunub.
Bununla bağlı Fransanın “Aqoravox” nəşri məlumat yayıb.
Məlumatda eyni zamanda Fransanın Ermənistana xüsusilə sərhədlər boyunca mövcud hərbi vəziyyətlə bağlı peyk məlumatlarını göndərməyi üzərinə götürdüyü bildirilib.
Məsələ ilə bağlı “Sherg.az”a danışan hərbi ekspert Ədalət Verdiyev söyləyib ki, Fransa Azərbaycan və Türkiyəyə qarşı düşmən münasibətini hələ də davam etdirir:
“Ermənistanın iddialarından da daha üstün fikirləri Azərbaycana istiqamətləndirən Fransa regionda sülh və sabitliyə mane olmağa çalışır. Həmçinin Fransa təhlükəsizlik məsələsində tamamilə sahibsiz qalan Ermənistanı öz çətiri altına çəkməklə müdafiə, hücum silahları və kəşfiyyat məlumatları ilə təmin etməklə bağlı üzərinə öhdəlik götürür. Bunlar isə birmənalı şəkildə Azərbaycana qarşı düşmənçilik siyasətidir”.

Hərbi ekspert vurğulayıb ki, Ermənistan müharibədən əvvəl də digər havadarlarından silah-sursat və kəşfiyyat məlumatları əldə edirdi:
“Amma bu Ermənistanı Vətən müharibəsindən və lokal xarakterli antiterror tədbirlərindən qorumadı. Fransa indiyə qədər heç bir ölkənin təhlükəsizliyinə zəmanət verməyib. Fransanın fərari ordusuna malik Ermənistan dövlətinə verdiyi dəstək İrəvanı Bakı qarşısında götürdüyü öhdəliklərdən azad edə bilməyəcək. Ermənistanın bu gün təhlükəsizliyinə zəmanət verə biləcək ölkə Azərbaycan və Türkiyə birliyidir. Hansısa digər ölkənin bu məsələdə öhdəlik götürməsi Ermənistanın süqutu ilə nəticələnə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm