
Gecikən ədalət: Rusiya AZAL-ın təyyarəsinin vurulması ilə bağlı niyə susur?
12:44 06.05.2025
Aktual
397
Bakı-Qroznı reysini həyata keçirməli olan AZAL təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğramasından 5 ay keçsə də, Rusiya hadisə bağlı aparılan istintaq haqqında konkret heç bir məlumat açıqlamır.
APA-nın araşdırması nəticəsində məlum olub ki, Azərbaycan tərəfi hər ay bu məsələ ilə bağlı Rusiya tərəfinə müraciət edir. Lakin qarşı tərəf müxtəlif bəhanələrlə istintaqı uzadır, müraciətlərə cavab vermir.
“Bu 5 ay ərzində Rusiya tərəfindən heç bir istintaq hərəkətləri aparılmır. Qəzanın baş verməsində günahı və məsuliyyəti olan şəxslərdən heç kim barəsində həbs qətimkan tədbiri seçilməyib”, - deyə mənbə qeyd edib.
Mənbə onu da deyib ki, bu yaxınlarda Azərbaycan və Rusiya hüquq-mühafizə orqanları arasında məsələ ilə bağlı növbəti yazışma olub, amma yenə nəticə yoxdur: “Azərbaycan tərəfi Rusiyadan məsələ ilə bağlı konkret addımlar gözləyir”.
Siyasi şərhçi Əziz Əlibəyli Sherg.az-a bildirib ki, Rusiya bu məsələdə günahını etiraf edib nəticələrinin aradan qaldırılması istiqamətində konkret addımlar atarsa, bu, onun beynəlxalq aləmdə zəif və geri çəkilən bir aktor kimi görünməsinə səbəb ola bilər:

"Bu yanaşma, sadəcə texniki və hüquqi çərçivədə dəyərləndirilə bilməz; məsələ həm də iki ölkə arasında münasibətləri gərginləşdirən ciddi diplomatik narazılıqlar doğurur. Azərbaycanın səssiz qalması isə məqsədəuyğun deyil. Əksinə, rəsmi Bakı bu mərhələdə daha prinsipial, ardıcıl və ciddi mövqe sərgiləməli, gələcək üçün təsirli diplomatik addımlar atmalıdır. Unutmaq olmaz ki, Azərbaycanın regionda sülh və sabitlik təşəbbüsləri, Ermənistanla normallaşma prosesi və ümumilikdə geopolitik maraqları fonunda Rusiyanın tutduğu mövqe mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, maraq doğuran əsas suallardan biri də budur: Kreml Azərbaycanın əsas tələbləri və gözləntiləri qarşısında susqunluğunu hansı siyasi və hüquqi arqumentlərlə əsaslandırmağa çalışacaq"?
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dialoq dayandırıldı: Tehran Vaşinqtonla bütün kanalları bağladı
17:56 07.04.2026
Dünya
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya
Tramp: Bu gecə bütün İran yox olacaq
16:45 07.04.2026
Gündəm
SON DƏQİQƏ: İstanbuldakı terrorçuların kimliyi müəyyənləşdi
16:35 07.04.2026
Gündəm
Azərbaycan qonşu ssenarilərə hazır olmalıdır - Osman Gündüz
16:24 07.04.2026
Aktual
ABŞ İranın Xarq adasındakı hərbi obyektlərə hücum edib - YENİLƏNİB
16:16 07.04.2026
Gündəm
ABŞ və İsrail İranın dəmir yolu şəbəkəsini məhv edir - YENİLƏNDİ
16:08 07.04.2026
Dünya
BƏƏ: İran qonşu ölkələrə kompensasiya ödəməlidir
15:56 07.04.2026
Dünya
Ararat Mirzoyan və Kaya Kallas arasında telefon danışığı olub
15:43 07.04.2026
Gündəm
SEPAH qonşu ölkələri təhdid etdi
15:36 07.04.2026
Gündəm
"Mehr": ABŞ və İsrail İranın Xarq adasına zərbələr endirib
15:20 07.04.2026
Gündəm
İbrahim Tatlısəs xəstəxanaya yerləşdirildi
14:46 07.04.2026
Mədəniyyət
İrana qarşı nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edildi
14:22 07.04.2026
Gündəm