Gəncədə məktəb direktoru koronadan vəfat etdi

Gəncə şəhər 13 nömrəli tam orta məktəbin direktoru Hüsnay Mövlayeva koronavirusdan dünyasını dəyişib.

Axar.az-ın məlumatına görə, səhhəti ağırlaşan pedaqoqun bu gün dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, H.Mövlayeva 10 ildən artıq idi ki, sözügedən məktəbin direktoru vəzifəsində çalşırdı.