Gəncəliyev: “Afrika mənşəlilər polis vəhşiliyi və irqçi zorakılığa məruz qalırlar”
Fidan Həmişəyeva
09:08 25.06.2021
Aktual
821
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Tural Gəncəliyev Avropa Mühafizəkarlar qrupu adından “Avropada Afrofobiya ilə mübarizə” mövzusunda hesabata dair fransız dilində çıxış edib. Deputat bildirib ki, bütün insanlar azad və bərabər hüquqlu olaraq doğulurlar:
“Beynəlxalq İnsan Hüquqları Bəyannaməsində əksini tapan bu fikir İkinci Dünya Müharibəsindən sonra Avropanın yenidən qurulmasının mərkəzi ideyası olub. Sözügedən fikirlər beynəlxalq insan hüquqları sisteminin əsasını təşkil edir. Afrika mənşəli insanlara qarşı irqçilik və ayrıseçkilik Avropada iş, təhsil və məhkəmə sistemi daxil olmaqla gündəlik həyatın bir çox aspektini əhatə edir. İrqi mənşəyindən asılı olmayaraq, hər bir Avropa vətəndaşının bərabərliyini təmin etmək üçün afrofobiyanı Afrika mənşəli insanları və qaradərili avropalıları xüsusi bir irqçilik forması kimi tanımaq və bu problemi aradan qaldırmaq çox vacibdir”.
Millət vəkili diqqəti Afrika mənşəli insanların problemlərinə yönəldərək qeyd edib ki, Avropada təxminən 15 milyon Afrika mənşəli insan yaşayır və bu, Avropadakı ən böyük marjinallaşmış icmalardan biridir:
“Afrika mənşəli insanlar müxtəlif qruplarda olmaqla, bir hissəsi mühacir, digərləri uzun müddət vətəndaşlıq tarixi olan və nəsillər boyu Avropada yaşamış insanların soyundan gələnlərdir.
Milliyyətindən və immiqrasiya statusundan asılı olmayaraq fiziki xüsusiyyətlərinə və ya dərisinin rənginə görə ayrı-seçkilik halları geniş yayılıb. Afrika əsilli insanlar əsrlər boyu istismara məruz qalması faktı aşkar olsa belə, bu məsələ bir çox hallarda inkar edilməkdədir. Afrika mənşəli insanlar da bir çox ölkədəki ümumi əhaliyə nisbətdə polis vəhşiliyinə, irqi profilləşdirilməyə və irqçi zorakılığa, hətta istismara daha çox məruz qalırlar”.
T.Gəncəliyev qeyd edib ki, məktəblərdə qaradərili tələbələr irqçi zorakılıq və yalançı təhsil materialları və tətbiqləri şəklində irqçiliklə qarşılaşırlar:
“Bu, qaradərililərin təhsil səviyyəsinə və həyat perspektivlərinə böyük təsir göstərə bilər. Ayrı-seçkiliyin digər formaları arasında qaradərili insanlara tibbi yardım ala bilməməsi, mənzil təminatı sahəsində ciddi ayrı-seçkilik və mediada stereotip görüntülər yer alır.
Təhsil, iş, mənzil və səhiyyə xidmətlərinə bərabərliyi təmin etmək üçün daha güclü bir siyasi iradə ortaya qoymalıyıq. Lakin dəyişiklik yalnız qanunvericilik yolu ilə baş vermir.
Təhsil səyləri çox vacibdir. Məktəb tədris proqramları Afrika mənşəli insanların tarixi və mədəni irsini və cəmiyyətlərimizin inkişafındakı töhfələrini daha yaxşı əks etdirməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm