Gənclər arasında təhlükəli tendensiya:“Evlənməmək olar, amma...”
Gənclər arasında təhlükəli tendensiya:“Evlənməmək olar, amma...”
Yusif Nəzərli
11:31 19.04.2023
Aktual
569
"Apardığımız müşahidələrə görə, reallıqda Azərbaycan cəmiyyətinin ailə institutunda ciddi problemlər yaşanmaqdadır".
Bunu "Sherg.az"a sosioloq Ağasəlim Həsənov Azərbaycanda nikahların sayının azalması, boşanmaların artmasından danışarkən söyləyib. Onun fikrincə, ailə cəmiyyətin əsas sosial institutlarından biri kimi çox mühüm funksiyaları yerinə yetirir:
"Həmin funksiyalardan biri əhali artımıdır. Deməli, bu məsələ nikaha daxilolma və boşanmalarla bilavasitə əlaqəlidir. Bu gün Azərbaycan cəmiyyətində nikaha daxilolmaların sayının azalması və boşanmaların artan xətt üzrə inkişafı çox ciddi bir siqnaldır. Eyni zamanda ailə qurmaq məsələsinə münasibətdə də Azərbaycan gəncləri arasında yeni bir tendensiya baş qaldırır. Yəni evlənməmək olar, amma təhlükəlidir. Neqativ nəticələrini də gələcəkdə cəmiyyət və dövlət olaraq görə bilərik. Boşanmaların artmasına ilk səbəb kimi ailə institutuna münasibətdə baş verən dəyişiklikləri qeyd etmək mümkündür. Bu baxımdan cəmiyyətimizdə mənəvi deqredasiyanın getdiyini izləyirik. İkinci bir amil kimi, sosial-psixoloji amilləri göstərə bilərik. Yəni gənclər bəzən böyüklərin, valideynlərin məsləhətləri, tövsiyələri ilə seçim etmək məcburiyyətində qalırlar.
Ailə qurduqdan sonra isə məlum olur ki, kişi ilə qadın arasında sosial-psixoloji baxımdan böyük uyğunsuzluq var, fərqli insan tipləridir, onların ailə kimi biryerdə yaşaması demək olar ki, mümkünsüzdür. Beləliklə, ailə münaqişələri, fikir ayrılıqları, ziddiyyətlər baş qaldırır. Təbii ki, gənclər valideyn tövsiyəsi olmadan da seçim edib, ailə qurduqda sosial-psixoloji uyğunsuzluq halı baş qaldıra bilər.
Qərb təcrübəsində cütlüklərin nikaha daxil olmazdan əvvəl bir-birini tanıması müddəti var. Düşünürəm ki, bu, çox vacib məqamdır. Tövsiyə edərdik ki, gənclərimiz ailə qurma qərarı verməzdən öncə bir-birini kifayət qədər tanısınlar. Sonra qərar versinlər. Əlbəttə, bu cür olduğu halda boşanma halları azala, ailənin bütövlüyü qoruna bilər".
Mütəxəssis diqqətə çatdırıb ki, müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı boşanmalara səbəb ola biləcək amillər sırasındadır:
"İnformasiya texnologiyalarının sürətli inkişafı nəticəsində yaranan yeni ünsiyyət proqramları, sosial mediadan geniş istifadə ailə münaqişələrinə, ailədaxili problemlərə yol açan məqamlardandır. Dəfələrlə izləmişik ki, sosial mediada hansısa bir gənc xanım və ya bəy əks-cinsdən olan fərdlə əlaqə qurur.
Bu münasibətlər get-gedə inkişaf edir. Təbii ki, bir müddət gizlində qalsa da, ailədaxilində bilinməsə də, sonda tərəflərdən biri bundan xəbərdar olur. Təbii ki, etirazlar baş qaldırır, səbəblər soruşulur, günahlandırma prosesi başlayır. Yəni konkret olaraq, ciddi bir ailə problemləri ortaya çıxır.
Məhz ayrı-ayrı fərdlərin informasiya texnologiyalarının yaratdığı yeni imkanlardan neqativ istiqamətdə faydalanması məhz ailədaxili münaqişələrə gətirib, çıxarır. Bu da nəticə etibarilə boşanmaların statistikasının artmasına təsir edən amillərdən biridir. Bundan başqa, Azərbaycanda yeni ailə qurmuş gənclərə hər iki tərəfdən kənar müdaxilələr olur. Cütlüklər bir-birinə güzəştə getmir. Eyni zamanda süni boşanmalar da mövcuddur. Xarici ölkələrə gedib, nikaha daxil olub, gələcəkdə hansısa ölkədə vətəndaşlıq əldə etmək kimi arzuların gerçəkləşdirilməsi səbəbindən bu addımı atırlar".
Qeyd edək ki, Bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 7 541 nikah və 3 014 boşanma halı qeydə alıb.Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Fars körfəzi ölkələrinə xəbərdarlıq edib
02:22 22.04.2026
Region
Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb
01:55 22.04.2026
Gündəm
Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb
01:30 22.04.2026
Dünya
Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir
00:46 22.04.2026
Sağlamlıq
Məşhur aktyor 9 övladı ilə tədbirə qatıldı
00:22 22.04.2026
Şou
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq