Generallar toplaşacaq! – “Azərbaycanda Türkiyə ordusunun modeli qurulur”
Yusif Nəzərli
09:07 09.02.2022
Aktual
755
Fevralın 8-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Dərənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O, hər iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin hərbi əməkdaşlığa müsbət təsir etdiyini deyib. Z.Həsənov strateji müttəfiqliyin dostluq və qardaşlıq əlaqələri üzərində qurulduğunu da qeyd edib. M.Dərə də qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından bu cür görüşlərin vacib olduğunu bildirib. Görüşdə Bakıda keçiriləcək “Texnofest-2022” festivalından da bəhs edilib.
Festivalda Azərbaycan Hərbi Hava Qüvvələrinin vasitələrinin və hərbi qulluqçularının iştirakı barədə fikir mübadiləsi aparılıb. Sonda Azərbaycan-Türkiyə arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən hərbi-texniki sahədə birgə işçi qruplarının yaradılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
İki qardaş ölkə rəsmilərinin görüşlərinin əhəmiyyətini "Sherg.az"a şərh edən ehtiyatda olan hərbi polkovnik Şair Ramaldanov bildirib ki, görüşlərin keçirilməsi Azərbaycan ordusunun inkişafı baxımından vacibdir:
“Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq getdikcə genişlənir. Xüsusilə “Şuşa Bəyannaməsi”ndən sonra iki dövlət arasında hərb sahəsində islahatların aparılması üçün mühüm müzakirələr aparılır.
Zakir Həsənov Türkiyə hərbi rəhbərliyi ilə görüşlər keçirərək islahatların istiqamətini müəyyənləşdirir. Azərbaycan və Türkiyə ordularının birgə fəaliyyəti nəticəsinds hərbi quruluşumuz qardaş ölkədəkinə bənzər olacaq. İrəliləyişin əldə edilməsi üçün müəyyən qruplar işləyir. Müvafiq komissiyalar tərəfindən təkliflər hazırlanır.
Təklifləri həyata keçirmək üçün hər iki ordu rəhbərliyinin rəyi önəmlidir. Buna görə də görüşlərin sayı daha çox olacaq. Ordunun təkmilləşməsi üçün birgə təlimlərin keçirilməsi də vacibdir.
Bütün növ silahlı qüvvələr iştirak etməli, tapşırıqları yerinə yetirməli, döyüş hazırlığı artırılmalıdır.
Ordu quruculuğunda yeniliklərlə bağlı müəyyən planlar hazırlanır. Komissiya öz işini bitirdikdən sonra hüquqi sənəd üçün yenidən ordu rəhbərləri bir araya toplaşacaq. Görüşlər nəticəsində Azərbaycanda Türkiyə ordusunun modeli qurulacaq. Bunun şahidi olacağıq.
Danışıqların aparılması Ali Baş Komandanın gələcəkdə ola biləcək hər hansısa əmrini icra etmək baxımından da vacibdir”.
Xanlar ƏLİBƏY
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq