Gizli saxlayırlar: İran azərbaycanlı tələbəni məqsədli şəkildə girov götürüb
Yusif Nəzərli
09:34 19.04.2023
Aktual
482
"Məqsəd rəsmi Bakıya təzyiq göstərməyi, hansısa tələblər irəli sürməyi planlayır. Eyni zamanda Azərbaycan vətəndaşlarında bir qorxu, xof yaratmağa çalışır"
Azərbaycan Xarici İşlər Nazirliyi İranda itkin düşən azərbaycanlı Fərid Səfərli barədə növbəti açıqlama yayıb. Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib ki, İranda itkin düşən azərbaycanlı tələbədən hələ də məlumat yoxdur: "Hazırda bu məsələ araşdırılır”. Bununla bağlı dəfələrlə İranın Azərbaycandakı səfirliyinə nota verilib. Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi, 1997-ci il doğumlu Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər yoxdur. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın Azərbaycandakı səfirliyinə nota verib, dəfələrlə Tehrana çağırış edilib. Lakin çağırışlara məhəl qoyulmayıb. Tələbənin aqibəti ilə bağlı hansısa məlumat əldə etmək mümkün olmayıb.
Güney Azərbaycandan olan milli fəal, araşdırmaçı-jurnalist Elyar Kamrani "Şərq"ə açıqlamasında bildirib ki, İran hökuməti Fərid Səfərlinin harada olmasını çox yaxşı bilir, çünki onu hökumət özü girov götürüb. Ekspertin sözlərinə görə, İran başqa ölkənin vətəndaşlarını girov saxlamağı yaxşı bacarır:
"İranın son dönəmdə Azərbaycana qarşı çirkin siyasəti hamıya bəllidir. O da məlumdur ki, Fərid Səfərli fevralın 20-də İrana səfər edib. İran rejimi öz çirkin əməllərini həyata keçirmək üçün azərbaycanlı tələbəni məqsədli şəkildə girov götürüb və bunu da gizli saxlayıb. Məqsəd rəsmi Bakıya təzyiq göstərməyi, hansısa tələblər irəli sürməyi planlayır. Eyni zamanda Azərbaycan vətəndaşlarında bir qorxu, xof yaratmağa çalışır. Yəqin ki, bir neçə gündən sonra bu əməlini ortaya çıxaracaq və müəyyən istəklər irəli sürəcək. Yəni tələbəmizin qaytarılması qarşılığında tələblər gündəmə gələcək. Ona görə də bu məsələni mümkün qədər beynəlxalq müstəviyə daşımaq lazımdır. Beynəlxalq qurumların diqqətinə çatdırmalıyıq ki, gəncimiz İrana səfər edib və onu oğurlayıblar. Siyasi və hüquqi yollarla İrana təzyiq göstərilməsinə nail olmalıyıq".
Milli fəal vurğulayıb ki, İrana təzyiqlər olmazsa, rejim öz əməllərinə davam edəcək:
"Aprelin 15-də İranda hökumətin təşkil etdiyi "Qüds günü" aksiyalarında Azərbaycana qarşı fikirlər dilə gətirilib. "Qüdsə gedən yol Bakıdan keçir" məzmunlu plakatlar qaldırılıb. Həmçinin, ölkə rəhbərliyi əleyhinə şüarlar səsləndirilib. Bütün bunlar göstərir ki, İranın Azərbaycan əleyhinə planları çoxdur. O baxımdan Fərid Səfərli məsələsində rəsmi Bakı, diplomatik nümayəndələrimiz daha ciddi addımlar atmalı, daha tələbkar olmalıdır. Gənc tələbənin ailəsini, yaxınlarını nigarançılıqdan qurtarmaq lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Fars körfəzi ölkələrinə xəbərdarlıq edib
02:22 22.04.2026
Region
Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb
01:55 22.04.2026
Gündəm
Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb
01:30 22.04.2026
Dünya
Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir
00:46 22.04.2026
Sağlamlıq
Məşhur aktyor 9 övladı ilə tədbirə qatıldı
00:22 22.04.2026
Şou
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq