Gömrük Komitəsi gücləndirilmiş iş rejiminə keçir

Dövlət Gömrük Komitəsi (DGK) bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, DGK-nın sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin sərəncamına əsasən, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, yarana biləcək sıxlığın qarşısının alınması, vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə gömrük-sərhəd keçid məntəqələri və Komitənin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.