
"Göyçə-Zəngəzur Respublikası” təxribatı: Məntiqsizdir!
07:57 11.08.2023
Aktual
567
Qondarma “respublika”nın yeni prezidenti istintaqa çəkilib
Özbaşına “Göyçə-Zəngəzur Respublikası” yaradıldığını elan edənlər istintaqa cəlb olunub. “Göyçə-Zəngəzur Respublikası”nın prezidenti və Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin rəhbəri kimi təqdim edilən Rizvan Talıbov və “respublika”nın yeni prezidenti olduğu bildirilən, müvəqqəti olaraq Türkiyədən Azərbaycana gəlmiş Tünzalə Çələbiyevanın Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla bağlı axtarışlar aparılaraq, sorğulanmaları ilə əlaqədar istintaq orqanına aparıldıqları bildirilib.
Qeyd edək ki, qondarma “Göyçə-Zəngəzur Respublikası”nın arxasında duranlar Azərbaycan dövlətinin güclü və qüdrətli olmasını istəməyən, diplomatik təcrübəsi, hərbi-siyasi manevr qabiliyyəti ilə ölkəmizin daha da qüvvətlənərək inkişafını arzulamayan, bölgəyə sülh, sabitlik və əmin-amanlığın gəlməsinin qarşısını almaq istəyən dövlətlər və güclərdir.
2022-ci ildə Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin rəhbəri Rizvan Talıbov “Göyçə-Zəngəzur Respublikası”nın yaradıldığını elan edib, onun "respublika"nın dövlət başçısı olduğu, həmçinin "respublika"nın öz parlamenti, nazirlər kabinetinin olduğu iddia edilib. Sentyabrın 19-da Türkiyənin Ankara şəhərində "respublika"nın nümayəndəliyinin açıldığı bəyan edilib.
2023-cü ilin yanvar ayında “Göyçə-Zəngəzur Respublikası” və Qərbi Azərbaycana Qayıdış İctimai Birliyi tərəfindən Rizvan Talıbovun "Göyçə-Zəngəzur Respublikası"na rəhbər vəzifələrə təyinatları barədə məlumatlar və siyahı yayımlanıb.

Millət vəkili Azər Badamov “Sherg.az"a açıqlamasında deyib ki, Qərbi Azərbaycana qayıdışla bağlı dövlət siyasətinə uyğun Qərbi Azərbaycan İcması yaradılaraq inzibati bina ilə təmin olunub: “Qərbi Azərbaycan İcması yarandığı gündən tarixi torpaqlara qayıdışla bağlı çox effektli iş aparır. Biz Qərbi Azərbaycana dinc yolla, beynəlxalq hüquqa söykənmiş fəaliyyətlə qayıdacağıq. Bu məsələ ilə bağlı beynəlxalq müstəvidə uğurlu iş aparıldığı halda “Göyçə-Zəngəzur Respublikası”nın yaradılması adı altında təxribata əl atmaq məntiqsizdir. Bu özfəaliyyəti yaradanların məqsədi nə olduğu məlum deyil. Ona görə də müvafiq qurumlar tərəfindən bu özfəaliyyətlə məşğul olanlar barəsində araşdırma aparılmalı və təxribatçı əməllərinə hüquqi müstəvidə qiymət verilməli olduğunu hesab edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm