Güc birlikdədir
Güc birlikdədir
Yusif Nəzərli
00:30 15.09.2022
Aktual
440
Türkiyə ordumuzun NATO standartları çərçivəsində yenidən formalaşmasında böyük dəstək göstərir
Sentyabrın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Cümhuriyyəti Milli Müdafiə Universitetinin rektoru, professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə naziri qonaqları salamladıqdan sonra Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar barədə məlumat verib.
Görüşdə Türkiyə ilə hərbi müttəfiqlik çərçivəsində digər sahələrdə olduğu kimi, hərbi təhsil sahəsində də birgə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanaraq bu istiqamətdə Türkiyə Milli Müdafiə Universiteti ilə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Professor E.Afyoncu isə öz növbəsində genişmiqyaslı təxribat nəticəsində şəhid olanlarla bağlı başsağlığı verdikdən sonra hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına müsbət təsirini qeyd edib və bu sahə üzrə görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Görüşdə hərbi-təhsil və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan onsuz da Türkiyə ilə bütün sahələr üzrə əməkdaşlığını üst sıralara çatdırıb. Xüsusilə hərbi və müdafiə sənayesi sahəsində Azərbaycan və Türkiyə əlaqələri misli görünməmiş inkişaf dövrünü yaşayır:
“Gələcəyə yönəlik verilən açıqlamalar və proqnozlarda hərbi və müdafiə sənayesi sahəsindəki əməkdaşlığın perspektivləri hiss görünür”.
Politoloqun sözlərinə görə, hərbi təhsil sahəsində də birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi ordumuzun döyüş imkanlarının daha da genişlənməsinə səbəb olacaq: “Bundan əvvəl də digər qoşun növlərinin Türkiyənin hərbi təhsil müəssisələri ilə qarşılıqlı əlaqələri mövcuddur.
Ordumuzun NATO standartları çərçivəsində yenidən formalaşmasında da Türkiyənin müstəsna xidmətləri var. Dünyanın ən qabaqcıl, peşəkar hərbi birləşmələrindən hesab edilən Türkiyə ordusu ilə Azərbaycan Silahlı Qüvvələrinin bu qədər yaxın əlaqələrinin olması ordumuzun daha da güclənməsinə səbəb olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - FAKTİKİ HAVA
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm