Güney Azərbaycan Milli Dövlətçilik Şurası Prezident seçkiləri ilə bağlı bəyanat yaydı
15:28 24.01.2024
Aktual
371
Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı Güney Azərbaycan Milli Dövlətçilik Şurası (MDŞ) bəyanat yayıb.
Bəyanatda deyilir:
"Son 20 ildə Azərbaycan Respublikası, Prezident İlham Əliyevin uzaqgörən, bilgə rəhbərliyi ilə böyük bir inkişaf yolunu qət etmişdir.
30 il erməni tapdağında olan torpaqlarımızın düşmən işğalından qurtarılması, Azərbaycan Respublikası coğrafiyasının bütünündə tam suverenliyimizin bərpası, hərtərəfli təhdidlərə baxmayaraq, dövlət müstəqilliyimizin, gündən-günə daha da gücləndirilməsi, birbaşa , Prezident İlham Əliyevin apardığı qətiyyətli, ardıcıl siyasi kursun nəticəsidir.
Ötən 20 il ərzində, Prezident İlham Əliyevin apardığı çoxyönlü inkişaf strategiyasının sonucu olaraq, Azərbaycan Respublikası, müxtəlif sahələr üzrə inanılmaz uğurlara imzasını atan, uluslararası arenada öz sayqın yerinini tutan, bölgəmizdə güclü müttəfiqləri ilə birgə, ciddi söz sahibi olan bir dövlətə çevrilmişdir.
Son illərdə cənab Prezidentin Türk Dövlətləri Təşkilatının fəaliyyətinin güclənməsindəki rolu, eyni zamanda Azərbaycan Respublikası sınırlarından kənarda yaşayan 40 milyon Azərbaycan türkünün hüquqlarının qorunmasında sərgilədiyi tutum bütün türk dünyasının təqdirini toplamış, Azərbaycan Respublikası Dövlətini 50 milyonluq azərbaycanlının Dövləti qılmışdır.
Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi, dünyada və bölgəmizdə tarazlığın köklü dəyişikliklər süəcinə girdiyi bir zaman kəsiyində gerçəkləşməsi, bu seçkilərin önəmini qat-qat artırmaqdadır.
Məhz belə bir həssas məqamda, əldə edilən möhtəşəm zəfərlərin, inanılmaz uğurların möhkəmləndirilməsi və yeni-yeni zəfərlər və uğurların qazanılması üçün GÜCLÜ DÖVLƏT və GÜCLÜ LİDER olmazsa-olmaz şərtdir.
Bu gerçəklikdən yola çıxaraq, Güney Azərbaycan Milli Dövlətçilik Şurası Prezident seçkilərində xalqımızı fəal iştiraka və Prezident İlham Əliyevin yanında olmağa çağırır".
23.01.2024-cü il
Güney Azərbaycan Milli Dövlətçilik Şurası adından
Mərkəzi Şura başqanı
Çingiz Göytūrk
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm