
Hasan Oktay: Azərbaycanın Türkiyə və İsrail arasında vasitəçi olması geosiyasi üstünlüyünə daha da artıracaq
10:33 14.04.2025
Aktual
513
Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsi ilə İsrail arasında aparılan danışıqlarda vasitəçiliyə görə Azərbaycana təşəkkür edib. Bu barədə o, IV Antalya Diplomatik Forumunun bağlanış mərasimində təşkil olunan brifinqdə Baku TV-nin sualını cavablandırarkən deyib. Türkiyəli nazir bildirib ki, Azərbaycan qardaş ölkədir. Ev sahibliyi üçün təşəkkür edirik. Bu görüş daha çox texniki məsələləri aydınlaşdırmaq məqsədi daşıyırdı. Lazım olduğu təqdirdə bu görüş yenidən təşkil olunacaq.
Qeyd edək ki, aprelin 9-da Bakıda ölkəmizin vasitəçiliyi ilə Türkiyə və İsrail nümayəndələri arasında görüş baş tutub.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay “Sherg.az”a söyləyib ki, Antalya Diplomatik Forumu MünhenTəhlükəsizlik Forumu və Davos Dünya İqtisadi Forumundan sonra ən ciddi platformadır:

“Dördüncü dəfə təşkil olunan bu forum Antalyanın turizm cənnəti kimi dünyaya tanıdılması baxımından da son dərəcə əhəmiyyətlidir. Bu foruma Afrika, Yaxın Şərq və Uzaq Şərq ölkələrində tələbat olması, gələcəkdə daha geniş coğrafiyaya müraciət edəcəyini göstərir. Azərbaycan və Ermənistan arasında yaşanan problemlərin Türkiyə ilə birlikdə sülh anlaşmasına doğru sürətlənməsi də Antalya Diplomatiya Forumunun uğuru sayıla bilər. Hər görüşdə hansısa beynəlxalq böhranın həll olunduğu Antalya Diplomatiya Forumu dünyada qalıcı və uğurludur".
Hsan Oktay qeyd edib kiç 13 ildir davam edən Suriya böhranı Əhməd Əl-Şaranın Əsədi devirməsi ilə yeni dövrə qədəm qoydu:
'"Beləliklə İsrail rəsmiləri forumda olmasalar belə, Suriyada Türkiyə-İsrail qarşıdurması müzakirə mövzusuna çevirdi. Ümumiyyətlə Azərbaycan-İsrail münasibətləri hər zaman yaxşı məcrada olub. Bu mənada Azərbaycan Türkiyə-İsrail münasibətlərinin yaxşılaşdırılmasına yönəlik addımını Antalya Diplomatiya Forumunda bir daha təkrarladı. Hakan Fidanın verdiyi açıqlamada da bu məsələyə toxunulub. Digər yandan Türk Dövlətləri Təşkilatının üç ölkəsi, Qazaxıstan, Özbəkistan və Türkmənistanın Cənubi Kiprin Rum tərəfini tanımasından sonra yaranan etibarsızlıq mühitində Azərbaycanın Şimali Kipr administratorları ilə isti fotolar çəkdirməsi də diqqətçəkan məqamdır. Eyni zamanda Türkiyə ilə İsrail arasında gərginliyin aradan qaldırılması üçün Bakı bu məsələdə ön plana çıxdı. Bu həm Türk Dövlətləri Təşkilatının gələcəyi ilə bağlı şübhələri aradan qaldırdı, həm də Azərbaycan -Ermənistan arasındakı sülhlə bağlı məsələlərdə Azərbaycanı təzyiqlərdən kənarlaşdırdı. Bundan əlavə, Türkiyə-İsrail münasibətlərindəki gərginliyin azaldılması, sülhün bərqərar olması üçün zəmin tapılması çox vacibdir. Azərbaycanın bunda vasitəçi olması onun regionda geosiyasi üstünlüyünə daha da töhfə verəcək. Hətta bütün bu hadisələr fonunda Türkiyə, Ermənistan və Azərbaycan arasında üçtərəfli sülh müqaviləsi imzalansa, Bakı regionda çox mühüm geosiyasi aktora çevrilə bilər. Xüsusən də son vaxtlar neftin qiymətinin aşağı düşməsi və Amerikanın İranla danışıqları regionda yeni geosiyasi aktivliyə zəmin yaradacaq. Hazırda Azərbaycan İsraillə münasibətlərini inkişaf etdirdiyi bir vaxtda Türkiyə də öz prioritetlərini nəzərə alaraq Ermənistan-Türkiyə-Azərbaycan üçtərəfli sülh sazişini tez bir zamanda həyata keçirməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İraqdan Suriyaya gözlənilməz hücum...
21:28 07.04.2026
Region
Çin BMT TŞ-nin Hörmüz boğazına dair qətnaməsinə veto qoyub
21:13 07.04.2026
Dünya
Ağ Ev Vensi təkzib etdi - İrana nüvə zərbəsi endirilməyəcək
20:29 07.04.2026
Dünya
Göygöldə qəza olub, xəsarət alanlar var
20:09 07.04.2026
Hadisə
ABŞ Bəhreyndəki vətəndaşlarını sığınacaqlarda qalmağa çağırıb
19:58 07.04.2026
Dünya
İt dişlədi, həyatı dəyişdi: Məhkəmədə rekord təzminat aldı
19:22 07.04.2026
Hadisə
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
19:10 07.04.2026
Gündəm
Aaron Ramsey 35 yaşında futbolu buraxdı
18:59 07.04.2026
Futbol
Dostunun evindən pul oğurlayıb motosiklet alan şəxs saxlanılıb
18:37 07.04.2026
Hadisə
Netanyahu: İranın dəmir yolları və körpülərinə hücuma başlamışıq
18:30 07.04.2026
Dünya
Dialoq dayandırıldı: Tehran Vaşinqtonla bütün kanalları bağladı
17:56 07.04.2026
Dünya
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya
Tramp: Bu gecə bütün İran yox olacaq
16:45 07.04.2026
Gündəm