Hədəflər genişlənir
Yusif Nəzərli
09:08 01.02.2022
Aktual
401
Azərbaycan-Macarıstan arasında yeni görüşlər labüddür
Bura təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı məqamlar da daxildir
“Azərbaycanın Ermənistandan aldığı sonuncu mina xəritələri Macarıstanın təşəbbüsü ilə reallaşmışdı”. Bu barədə “Şərq”ə siyasi şərhçi Aqşin Kərimov deyib. Ekspert bildirib ki, Macarıstan Avropa İttifaqının üzvüdür, bu mənada Budapeştin təşəbbüsü Avropa İttifaqının adı ilə bağlı akt kimi qiymətləndirilməlidir: “Amma mina xəritələrinin qaytarılmasında Macarıstanın rolu həm də Türk Dövlətləri Təşkilatının təşkilat olaraq sülhyaratma prosesinə cəlbi kimi dəyərləndirilməlidir.
Macarıstan TDT-yə müşahidəçi statusu ilə üzvdür, MDB məkanında cərəyan edən proseslər və perspektivə dair qeyri-müəyyən baxışlar təşkilatı daha sıx koordinasiya halında işləməyə vadar edir.
TDT beynəlxalq sistemdə yeni dəyər formalaşdırmağa can atır və proses tədricən reallaşır. Bu dəyər güclə hüququn harmoniyasına əsaslanan konsepsiyalar üzərində inşa edilir və ölkələrin müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət edir. Macarıstanın TDT-də təmsil olunması Avropaya açılan panoramada quruma üstün dividend gətirir. Təşkilatın Avropada iştirakı qaçılmaz hala gəlir. Qurumun aparıcı gücü olan Azərbaycan və Türkiyə ilə yaxşı əlaqələrə malik olan Macarıstan Cənubi Qafqazda yaranan yeni reallığı iqtisadi faydalılıq müstəvisinə çəkmək üçün çalışır”.
Analitikin fikrincə, Azərbaycanla Macarıstan arasındakı münasibətlərin xarakterini iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə görmək olar: “Ancaq bu Bəyannamənin yenilənməsinə ehtiyac duyulur. Çünki sənəd 2014-cü ildə imzalanıb və bəzi bəndləri mövcud reallıqlara cavab vermir.
Məsələn, sənəddə o zaman mövcud olan Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə vurğu edilirdisə, artıq yeni reallıq tələb edir ki, Macarıstanın dəstəyi sırf yeni tezislər üzərində qurulsun. İndi tərəflər həm ikitərəfli formatda, həm də beynəlxalq arenadakı səyləri yeni reallıq kontekstində gücləndirməlidirlər. Bura təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı məqamlar da daxildir. Macarıstan şirkətləri Qarabağa və Şərqi Zəngəzura yatırım etmək niyyətindədir, cari situasiyada isə bu yatırımlar daha aktuallıq kəsb edir. Buna görə də Azərbaycan-Macarıstan diplomatik, ticari təmasları davam etdirilir, amma yeni görüşlər də labüddür.
Düşünmək olar ki, yaxın zamanlarda ya Azərbaycan nümayəndə heyəti Macarıstana yollanacaq, ya da Macarıstandan nümayəndə heyəti Bakıya təşrif buyuracaq. Əgər səfər baş tutacaqsa, yeni sənədlərin imzalanması mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət