Hikmət Babaoğlu: Azər Badamovun Rusiyadan deport olunması siyasi məsələdir
Yusif Nəzərli
04:00 07.05.2025
Aktual
1088
Rusiyada idarəetmədə təsir imkanları olan bəzi güc mərkəzləri bütövlükdə Azərbaycan-Rusiya yaxınlaşmasından narazı qalıblar
Milli Məclisin üzvü Azər Badamovun Rusiyanın Həştərxan vilayətinə səfər əsnasında Moskvada hava limanında saxlanılıb geri qaytarılması qonşuluq və strateji müttəfiqlik çərçivələrinə sığmır. Rusiyanın bu cür destruktiv qonşuluq və müttəfiqlik anlayışı həm təəccüb, həm də dərin təəssüf hissi doğurur. Rusiya Azərbaycan ilə üç il əvvəl müttəfiqlik münasibətlərinə dair sənəd imzalayıb. Lakin son hadisələr göstərir ki, şimal qonşumuz müttəfiqlik prinsiplərinə zidd davranır, ikili standartlara üstünlük verir. Bu mənada, Azərbaycan Xarici İşlər Nazirliyinin Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulması faktına dərhal reaksiya verməsi və məsələyə münasibət bildirərək Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım kimi qiymətləndirməsi tamamilə doğru yanaşmadır. Rəsmi Moskva həm deputatımıza qarşı baş vermiş xoşagəlməz olayla, həm də kiberhücumlarla əlaqədar turarlı, məntiqli izahat verməlidir. Ölkəmizə qarşı qeyri-dost addımlarının motivlərinə aydınlıq gətirməlidir.
Millət vəkili Hikmət Babaoğlu Sherg.az-a deyib ki, 2022-ci il fevralın 22-də Rusiya və Azərbaycan arasında müttəfiqlik, birgə fəaliyyət haqqında bəyanat imzalanıb. Deputat vurğulayıb ki, Rusiya və Azərbaycan arasında enişli-yoxuşlu münasibətlər, ikili yanaşmalar məhz həmin dövrdən etibarən başlayıb:
"Mənə elə gəlir ki, Rusiyada idarəetmədə təsir imkanları olan bəzi güc mərkəzləri bütövlükdə Azərbaycan-Rusiya yaxınlaşmasından narazı qalıblar. Son dövrdə Rusiya və Azərbaycan arasındakı münasibətlərə diqqət yetirsək, görərik ki, iki ölkə arasında qalmaqal yaradılır, hibrid müharibə komponentləri müşahidə edilir. Baş verənlər bizə iki ipucu verir. Düşünə bilərik ki, Rusiya əvvəlki diktəedici, amiranə ölkə deyil. Hansısa hərəkəti gizli etməyə çalışır, ancaq alınmadığı üçün nəticədə bu cür hallar meydana çıxır. Deməli, Azərbaycan güclü ölkədir. Ona görə də Rusiya bizə qarşı fəaliyyətin dolayı yolla üsullarını axtarır. Əgər bu cür cəhdlər Rusiyada müəyyən şəxslər tərəfindən edilirsə, deməli, Rusiyada Azərbaycanla münasibətləri istəməyən güc mərkəzləri var. Heç şübhəsiz, onların başında erməni lobbisi və ermənipərəstlər gəlir. Millət vəkili Azər Badamova tətbiq olunan deportasiyanın hüquqi, siyasi və inzibati tərəfləri var. Siyasi tərəfi odur ki, belə hallar baş verdikdə, hansısa şəxs "persona non qrata" elan olunur, XİN-də siyahı dərc olunur. Diplomatik fəaliyyət haqqında Vyana Konvensiyasının tələbləri də bunu tələb edir".
Parlamentari qeyd edib ki, bir millət vəkili Moskva hava limanına təyyarə ilə eniş edir və orada saxlanılır. Halbuki, həmin deputat bir neçə gün öncə Dağıstanda, yəni Rusiya Federasiyasının başqa bir əyalətində səfərdə olub:
"Belə çıxır ki, qarşımızda bir neçə Rusiya var, biri Moskva, o biri Dağıstandır və hər birinin ayrıca hüquqi statusu var? Rusiyada Ali Hüquq Şurası ilk növbədə bunu araşdırmalıdır. Dağıstan Rusiya Federasiyası deyil?! Məsələnin digər tərəfi odur ki, bir şəxsin hansı səbəbdən deportasiya olunduğu ona bildirilməlidir. Millət vəkillərinin diplomatik pasportu var və orada xüsusi qeyd olunur ki, bu pasport hansı statusu olan şəxslərə verilir. Yəni bu addım Vyana Konvensiyasından tutmuş, qonşuluq münasibətlərinədək hər anlamda bütün qaydaların pozulmasıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol