Hindistan atom sualtı qayıqlarının sayını artıracaq

Hindistan 24 sualtı gəmi hazırlamağı planlaşdırır.

Bu barədə məlumatı NDTV yayıb.

Məlumata görə, hazırlanacaq gəmilərdən 6-sı atom sualtı qayığı olacaq.

Hazırda Hindistan Hərbi Dəniz Qüvvələrinin arsenalında 17 sualtı gəmi var və bunlardan 2-si atom sualtı gəmisidir. Bu gəmilərdən 13-nün istismar müddəti 17 ildən 32 ilə qədərdir.