İcma sözçüsü: “Dünyanın müxtəlif ölkələrində yaşayan Qərbi azərbaycanlılarla görüşlərimiz olacaq"
Yusif Nəzərli
09:02 18.05.2023
Aktual
385
“Dünyanın müxtəlif ölkələrində yaşayan Qərbi azərbaycanlılarla görüşlərimiz olacaq".
Bu fikirləri "Report"a açıqlamasında Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar deyib.
Qurum rəsmisi vurğulayıb ki, Qərbi Azərbaycan İcmasının mayın 7-də Almaniyanın paytaxtı Berlin şəhərində Almaniya Azərbaycanlıları Alyansı ilə birgə təşkil etdiyi “Beynəlxalq Hüquqda qayıdış və repatriasiya: konsepsiya və məzmun” mövzusunda konfrans çox uğurlu olub:
"Qərbi Azərbaycan həqiqətlərindən bəhs etdik, aktiv fikir mübadiləsi apardıq. Sonda qəbul edilən Berlin bəyannaməsində də vurğulandı ki, soydaşlarımız Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarını müdafiə edən ümumi təşkilat olan Qərbi Azərbaycan İcmasına maraqlarımızın qanuni təmsilçisi kimi tam dəstəyini bildirir. Habelə ümumi işimiz haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaq və onun dəstəyini səfərbər etmək üçün Qərbi Azərbaycan İcması ilə birlikdə işləmək niyyətində olduqları vurğulandı, eyni zamanda fəaliyyət və strategiyalarını əlaqələndirmək üçün mütəmadi olaraq məsləhətləşmələr aparmaq barədə razılığa gəlindiyi bəyan edildi".
"Bildiyimiz kimi dünyanın müxtəlif ölkələrində ötən əsrdə Ermənistan ərazisindən deportasiya olunmuş Qərbi Azərbaycanlılar yaşayır. Onlar doğma yurd-yuvalarına geri qayıtmağın həsrətindədirlər və öz evlərinə təhlükəsiz şəkildə və ləyaqətlə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bu, onların ən fundamental hüquqlarıdır. Düşünürəm ki, Berlində keçirilən konfranslar kimi tədbirlər davamlı olacaq və dünyanın müxtəlif ölkələrində yaşayan Qərbi Azərbaycanlılarla görüşlərimiz olacaq" - Ülviyyə Zülfiqar vurğulayıb .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi