"İlk fürsətdə insanlar Türkiyəyə gedirlər”
Yusif Nəzərli
11:37 24.01.2022
Aktual
876
2021-ci ildə Azərbaycandan Türkiyəyə gedən ölkə vətəndaşlarının sayı 2020-ci illə müqayisədə 2,2 dəfə çox olub. “Sherg.az” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumatda deyilir ki, ötən il Azərbaycandan xarici ölkələrə gedən ölkə vətəndaşlarının ümumi sayı əvvəlki ilə nisbətən 16,3 faiz azalaraq 974,5 min nəfər olub. O cümlədən İrana gedən Azərbaycan vətəndaşlarının sayı 80,6 faiz, Gürcüstana gedənlərin sayı 75,3 faiz azalıb, Türkiyəyə gedənlərin sayı 2,4 dəfə, Rusiyaya gedənlərin sayı isə 7,8 faiz artıb.
Ölkə vətəndaşlarının 47,3 faizi Türkiyəyə, 24,3 faizi Rusiyaya, 7,8 faizi Gürcüstana, 6,8 faizi İrana, 13,8 faizi digər ölkələrə səfər edib. Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib.
2021-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,8 faizi hava, 28 faizi dəmir yolu və avtomobil, 3,2 faizini isə dəniz nəqliyyatından istifadə edib.
Ölkəmiz daim Türkiyə ilə siyasi, iqtisadi, sosial və s. cəhətdən əlaqələr saxlayıb. 44 günlük Vətən müharibəsi zamanı qardaş ölkənin dəstəyini hərtərəfli hiss etdik.
Həmişə iki ölkənin xalqı bir-birinə bağlı olub. Bu bağlılıq turizimdə də özünü büruzə verir. Ümumiyyətlə, son zamanlarda vətəndaşlarımızın Türkiyəyə axını çox diqqətə çarpır. Bu da müxtəlif səbəblərdən qaynaqlanır.
Bəs Türkiyəyə gedənlərin sayı niyə çoxalıb? Hansı səbəblər var?
İqtisadçı- alim Nazim Bəydəmirli bu vəziyyəti pandemiya ilə əlaqələndirib:
“2020-ci il pandemiyanın pik həddə olduğu zaman idi. Təbii ki, müxtəlif məhdudiyyətlər vardı. Ona görə də bu məsələyə pandemiya daha çox təsir göstərib. İlk fürsətdə insanlar Türkiyəyə gedirlər. Bu sərf edir. İnsanların turizm üçün, qohum-əqrəbalarını görməsi üçün gediş-gəlişinə, ticarət etmək məqsədiylə xarici bir ölkəni ziyarət etməsinə maneələr çox qoyuldu”.
Ekspert qardaş ölkəyə daha çox gənclərin getməsini qeyd edib:
“Gedənlərin içində gənclər daha çoxdur. Türkiyəyə son illər təhsil arxasınca gedirlər. Bilirsiniz ki, əksəriyyəti keçən il daha çox onlayn sistemə keçmişdi. Deməli, təhsil faktoru da təsir edən səbəblərdəndir”.
İqtisadçı ölkələrarası qardaşlıq əlaqələrinin də vətəndaşların seçimlərinə təsir etdiyini vurğulayıb:
“Nəzərinizə çatdırım ki, əvvəlki illərə baxsaq, Türkiyə bizim vətəndaşların çoxunun həmişə seçimi olub. Bir də bu aspektdən baxaq ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələri daha da möhkəmlənib. Şəxsiyyət vəsiqəsiylə gediş-gəlişin təmin edilməsilə bağlı qərar qüvvəyə minib. Bu da prosesi asanlaşdırır”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə